Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Bizə və Bizdən yazırlar

Professor Vüqar Əhməd xarici mətbuatda

05-09-2023 [ 15:58 ] [ oxunub:249 ]
printerA+ | A-

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Turanın Xalq Şairi Vüqar Əhmədin 60 illiyi ilə əlaqədar xarici mətbuatda silsilə məqalələr dərc olunmuşdur. Eləcə də, Pakistanda “Qlobal ədəbiyyat” jurnalında  (14 avqust, 2023) filologiya üzrə fəlsəfə doktoru, mütərcim Məsmə İsmayılovanın “Şair-alim Vüqar Əhməd” məqaləsi və onun poeziyasından tərcümə etdiyi seçmə şeirlər ingilis dilində çap olunmuşdur. Türkiyənin nüfuzlu “Kültür evreni” dərgisində də yenə eyni müəllifin “Həyat baharı: Vüqar Əhməd” adlı yubiley məqaləsi (ingilis dilində) qardaş ölkənin oxucularının ixtiyarına verilmişdir.

“Kültür evreni” (2023, № 51)  dərgisində həmçinin, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayevanın “Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusu” adlı geniş həcmli məqaləsi dərc edilmişdir.

         Beynəlxalq Elm və Sənət Akademiyasının elmi-ədəbi “Xəbərlər” jurnalında da (2023, №1) Vüqar Əhmədin yubileyi ilə əlaqədar  rus dilində “Aktyorun dəfni”, “Duzsatan Həlimə” adlı hekayələri və “Azərbaycan” şeiri oxucuların ixtiyarına verilmişdir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR