Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-yardımçı qurumlar

Ümumi şöbə

16-01-2011 [ 12:41 ] [ oxunub:395 ]
printerA+ | A-

Əlaqə:  Telefon: (994 012) 537 10 52;  email: Direclit@sciense.az

Şöbə müdiri: Samirə Abbas qızı Kərimova

Əsas fəaliyyət istiqamətləri: Ümumi şöbə öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-cil il 14 iyul tarixli 569 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklər və əlavələrə dair Təlimata əsasən həyata keçirir. Şöbə tabeliyində olduğu müəssisənin kargüzarlığın aparılmasını işinin, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir. Kargüzarlıq – təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Xidmətin əsas vəzifələri əsasən poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaqdan ibarətdir.

          Kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata keçirir.

          AMAE Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ümumi şöbəsi – şobə müdiri və 6 nəfər əməkdaşdan ibarətdir.