Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-yardımçı qurumlar

Beynəlxalq əlaqələr

16-01-2017 [ 12:36 ] [ oxunub:335 ]
printerA+ | A-
Əlaqə 
Emailczairova@yahoo.de
Şöbənin müdiriXanım Zairova - filologiya üzrə fəlsəfə doktoru
Şöbənin əməkdaşları

 

Şöbənin yaranma tarixi

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 20 aprel 2016-ci il tarixli 7/26 nömrəli qərarı ilə yaradılmışdır.

Rəhbərlik etmiş alimləri 
Şöbədə işləmiş tanınmış alimlər 
Əsas fəaliyyət istiqamətləri

- İnstitut əməkdaşlarının Beynəlxalq elmi - tədqiqat layihələrində və fondlarında iştirakının təmin olunması;

- xarici ölkələrin elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın təşkili, onların nümayəndələri ilə görüşlərin təşkili, əlaqələrin genişləndirilməsi;

- xarici ölkələrin elm və təhsil müəssisələri ilə sazişlərin, müqavilələrin bağlanması üçün zəruri sənədlərin işlənib hazırlanması;

- elm və təhsil sahəsində əməkdaşlıq haqqında sazişlərin bağlanmasını, elmi laboratoriyaların yaradılmasını, elmi-tədqiqat layihələrinin tərtib edilməsinin, institutda müxtəlif ölkələrin elm və mədəniyyət mərkəzləri ilə birlikdə təşkil edilən Beynəlxalq elmi  konfransların və tədbirlərin, sərgilərin, seminarların təşkili və həyata keçirilməsi;

- elm və təhsilin inteqrasiyası istiqamətində Respublikanın digər elm və təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri, habelə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarının hazırlanmasının təmin olunması.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Beynəlxalq Əlaqələr istiqamətində bir sıra xarici ölkələrin elm və təhsil müəssisələri ilə Əməkdaşlıq haqqında saziş və müqavilələrə imza atmışdır. Son bir neçə il ərzində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Almaniyanın Berlin Humboldt Universitetinin (HU Berlin) Azərbaycan tarixi kafedrası (2 noyabr 2013-cü il),  Beynəlxalq Türk Akademiyası (Astana) (6 noyabr 2013-cü il), Gürcüstan Respublikasının Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu (19 dekabr 2013-cü il),Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetlər Birliyi (17 yanvar 2014-cü il), Rusiyanın Mixail Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialı (27 may 2014-cü il), Sankt-Peterburq “Smolnı Universiteti” İnnovasiya Elmi-təhsil Konsorsiumu (16 oktyabr 2014-cü il), Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu (19 noyabr 2014-cü il), Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu (04 fevral 2015-ci il), İran İslam Respublikasının Təbriz Universiteti (14 sentyabr 2016-cı il), Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (20 dekabr 2016- ci il), Belarus Milli Elmlər Akademiyasının Belarus mədəniyyəti, dili və ədəbiyyatı tədqiqatları mərkəzinin Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu (20 dekabr 2016-cı il); Türkiyənin İqdır İnstitutu  (3 may 2017-ci il); Türkiyənin İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) təşkilatı (27 aprel 2017-ci il ), Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi (8 dekabr 2017-ci il), Pekin Xarici Dillər Universiteti (19 aprel 2018-ci il), Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu (21 may 2018-ci il), Monqolustan  Elmlər Akademiyası Dil və  Ədəbiyyat İnstitutu (6 avqust 2018-ci il), Çin Sosial Elmlər Akademiyasının Çin Milli Mədəniyyət Tədqiqatları Mərkəzi (19 oktyabr 2018-ci il), Nəsimi adına Dilçilik İnstitutu və Türk Dil Qurumu (22 oktyabr 2018-ci il), Moldova Respublikası Təhsil, mədəniyyət və tədqiqatlar Nazirlyinin “Boqdan Petrisisu Haşdeu” Roman Filologiyası İnstitutu (15 noyabr 2018) arasında əməkdaşlıq müqavilələri, memorandumlar və protokollar imzalanmışdır.

Bundan əlavə, institutda Çin mərkəzi (04 fevral 2015-ci il) və Koreya mərkəzi (09.02.2015-ci il) yaradılmışdır. Çin mərkəzində Akademiya əməkdaşları üçün Çin dili kursları fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ötən illərdə bir sıra ölkələrin elm və təhsil müəssisələri ilə müqavilələr imzaladığı kimi, elm və təhsilin inteqrasiyası istiqamətində ölkə universitetləri, habelə elmi mərkəzlər və digər qurumlarla - Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Mərkəzi (2 noyabr 2015-ci il), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (2 may 2016-cı il), Azərbaycan Milli Kitabxanası (27 dekabr 2016-cı il), Bədii Tərcümə  və Ədəbi Əlaqələr Mərkəzi (12 aprel 2018-ci il) - imzalanmış Əməkdaşlıq Memorandumları  və müqavilələr ölkə daxilində qarşılıqlı əməkdaşlığın inkişafına kömək edir.

İnstitutun xarici əlaqələri istiqamətində bir sıra Beynəlxalq konfranslar və seminarlar da təşkil olunmuşdur: Yaşayan Yunis Əmrə (Türkiyə, Qazaxıstan, Özbəkistan Elmlər Akademiyaları) (9 dekabr 2013), Mirzə Fətəli Axundzadə və Azərbaycan ədəbiyyatının Qərbə inteqrasiyası (3 oktyabr 2014-cü il), Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları (9 noyabr 2014-cü il), Çağımızdan görünən orta əsrlər. AMEA-nın müxbir üzvü Azadə Rüstəmovaya həsr olunmuş (15-16 dekabr 2014-cü il), Azərbaycan -Türkiyə: 7 ulu ozan (7-8 may 2015-ci il);  Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri. (1-2 dekabr 2015-ci il);  Sədi Şirazi dünyası (1 iyun 2016-cı il); Böyük türkmən şairi Məhdimqulu Fəraqi və  Azərbaycan (19 may 2015-ci il); Azərbaycan-Macarıstan əlaqələri və türkologiyanın inkişafında macar alimlərinin rolu. Macarıstan Elmlər Akademiyası ilə birlikdə (12 aprel 2016-cı il); Sədi Şirazi dünyası. (1 iyun 2016-cı il); Məhəmmədhüseyn Şəhriyarın sənət dünyasının üfüqləri (14 sentyabr 2016-cı il); Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər və vəzifələr  (10-11 oktyabr 2016-cı il); Georgi Xazai və Azərbaycan. Macarıstan Georgi Xazai fondu ilə birlikdə  (25 oktyabr 2016-cı il); Əlişir Nəvai və Azərbaycan Ədəbiyyatı (16 noyabr 2016-cı il);  Məhdimqulu Fəraqi  - dostluq və qardaşlıq nəğməkarı (18 may 2017 ci il); Camal Kamal və Azərbaycan Ədəbiyyatı (31 may 2017-ci il); Ey Nəsimi, cahanı tutdu sözün...( 23-24 iyun 2017-ci il); Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri (8 dekabr 2017-ci il); Xurşidbanu Natəvandan Pərvin Etisamiyədək  (22 fevral 2018-ci il); Zahirəddin Məhəmməd Baburun anadan olmasının 535 illiyi (20 aprel 2018-ci il); Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen (13 iyul 2018-ci il)  adlı Beynəlxalq Elmi konfranslar; Görkəmli rus yazıçısı Mixail Şoloxov və Azərbaycan. Videokonfrans. Rusiya Stavropol Universiteti (12 dekabr 2015-ci il); Multikulturalizm: reallıqlar və meyillər (20 dekabr 2016-cı il) adlı Beynəlxalq seminar.

 

Əsas elmi nəticələri