Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi-tədqiqat şöbələri

Füzulişünaslıq sektoru

15-01-2014 [ 17:48 ] [ oxunub:490 ]
printerA+ | A-
Əlaqə(051) 539-34-54
Email 
Şöbənin müdiriFilologiya elmləri doktoru Ataəmi Bala Baba oğlu Mirzəyev
Şöbənin əməkdaşları
  1. Lalə Zakir qızı Ələkbərova - kiçik elmi işçi
  2. Şəfəq Namidarq ızı Tağıyeva - kiçik elmi işçi
Şöbənin yaranma tarixi

2014-cü il

Əsas fəaliyyət istiqamətləri

Füzuli yaradıcılığı dövrümüzün tanınmış alimləri tərəfindən həm ideya, həm də bədii gözəlliyi baxımından yetərincə tədqiq edilmiş, Füzulinin sözə zərgər dəqiqliyi ilə yanaşması öyrənilmiş, eyni zamanda onun özündən sonrakı klassik dönəm ədəbiyyatına təsiri də yetərincə işıq üzü görmüşdür. Sovet dönəmində Azərbaycan klassiklərinin, o cümlədən Füzulinin bədii irsinin öyrənilməsi, nəşri sahəsində çox işlər görülüb. Bunlar inkar edilməz həqiqətdir. Lakin bununla belə yaradıcılığı Şərq nəzəri sistemi- üstündə qurulan Füzulinin bədiiyyat bəlağəti, söz sənəti Qurandan qaynaqlanan bəlağət möcüzəsi əsaslandığı, məxəzləndiyi, nəzəriyyə üstündə deyil, əsasən Yunan-Avropa poetik sisteminin qəlibləri çərçivəsində tədqiq edilmişdir. Müxtəlif yönlərdən öyrənilən Füzuli yaradıcılığının tədqiqinə bu gün də ehtiyac duyulur. Çünki Füzuli yaradıcılığının bəlağəti, dilinin fəsahəti, aforizmi, nəsihətamiz-ibrətamiz hikməti Qurani Kərimdən qaynaqlanıb. Xüsusilə, Azərbaycan ədəbiyyatının tarixi dövrləşməsi konsepsiyasının yeni layihəsinə əsasən ədəbiyyatın bütün dönəmlərinə xüsusən, Orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Füzuli yaradıcılığına müstəqillik dönəmində yeni baxış zəruridir

Təşkil etdiyi tədbirlər“Sədi Şirazi işığında” adlı Beynəlxalq elmi konfrans