Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Xəbərlər

Təcrübəçilərlə yeni tədbir keçirildi

03-04-2019 [ 17:19 ] [ oxunub:569 ]
A+ | A-

Aprelin 3-də  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Dillər Universitetindən və Bakı Avrasiya Universitetindən təcrübəyə gəlmiş tələbələrlə növbəti görüş keçirildi. İnstitutun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, fil.f.d. Xanım Zairova İnstitutun Beynəlxalq Əlaqələri ilə bağlı tələbələri məlumatlandırdı. Daha sonra şöbə müdiri  tələbələri “Dünya ədəbiyyatı və Komparativistika”, “Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbələri və Çin mərkəzinin imkanları,  fəaliyyəti və əməkdaşları ilə tanış etdi.