Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun veb-saytının yeni versiyası təqdim edildi

12-05-2017 [ 14:19 ] [ oxunub:23304 ]
printerA+ | A-
4612446124

Mayın 12-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bu qurumun veb-saytının təqdimatı keçirilib.

Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək rəhbərlik etdiyi müəssisədə son zamanlar yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu bildirib. Qeyd edib ki, 2014-cü ildə institutda elektron müşahidə sistemi yaradılıb, elektron akt zalı fəaliyyətə başlayıb, həmçinin elektron kitabxana oxucuların istifadəsinə verilib.

Akademik İ.Həbibbəyli bildirib ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir və alimlərimizin fəaliyyətinə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır. O, Ədəbiyyat İnstitutunun veb-saytının bütün müasir tələblərə cavab verdiyini və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırıb.

Sonra institutun Elmi informasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva "www.literature.az" saytını təqdim edərək veb-saytın yaradılmasında əsas məqsədin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması olduğunu bildirib.

Məruzəçi saytın strukturu haqqında ətraflı məlumat verərək 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Elm”, “Təhsil”, “Şuralar”, “Konfranslar”, “Təqdimatlar”, “Yeni nəşrlər”,“E-kitabxana” bölmələrin yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapdığını söyləyib.

Tədbirdə saytı hazırlayan “Time4soft” MMC şirkətinin direktoru Ruslan Əliyev veb-saytın xətti dizayn və blok formatında hazırlandığını və rəsmi qurumlara keçid linklərinin burada yerləşdirildiyini bildirib. 

Tədbirdə Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, f.e.d. Yaşar Qasımbəyli, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova və digərləri çıxış edərək veb-saytla bağlı təkliflərini səsləndiriblər.

istinad: Science.gov.az

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR