Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Məhəmməd Füzuli: mütəfəkkir şairin fəlsəfi irsi” kitabının təqdimatı keçirilib

10-10-2024 [ 14:33 ] [ oxunub:356 ]
printerA+ | A-
104907

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizovanın “Məhəmməd Füzuli: mütəfəkkir şairin fəlsəfi irsi” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr
olunmuş 10-cu Bakı Beynəlxalq kitab sərgisində “Füzuli” təqdimat zonasında gerçəkləşib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb.
Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutun nəşr etdiyi “Füzuli kitabxanası” seriyası haqqında məlumat verib. Qeyd edib ki, Fəridə xanımın bu araşdırması Füzulişünaslıqdakı boşluğu doldurdu, indiyə qədər şairin “Mətləül etiqad” əsəri tədqiqata cəlb olunmamışdı. Bu da əsərin ərəb dilində yazılması ilə bağlıdır.
Kitabın müəllifi, filologiya elmləri doktoru Fəridə Əzizova çıxış edərək tədqiqat əsəri haqqında iştirakçılara məlumat verib.
Tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, “TEAS Press”Nəşriyyat evinin və “LİBRAFF” kitab mağazalarının PR meneceri Sərxan Rüstəmov çıxış edərək kitabın elmi əhəmiyyətindən danışıblar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR