Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

01-03-2024 [ 08:48 ] [ oxunub:30 ]
printerA+ | A-
104294

Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Akademik İsa Həbibbəyli bildirib ki, 80 illik şərəfli bir tarixə malik olan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı bu il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyi bir şəraitdə keçirilir. AMEA rəhbəri ötən ilin ən əlamətdar tarixi hadisəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında Qarabağda həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi olduğunu deyib. Bildirib ki, bu hadisə Azərbaycanın çoxəsrlik zəngin tarixində ən qiymətli nailiyyətlərdəndir və birbaşa Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.

Həmçinin AMEA-nın Ümumi yığıncağının 7 fevral növbədənkənar Prezident seçkilərindən və dövlət başçısının andiçmə mərasimindən sonra keçirilməsinin də olduqca əlamətdar olduğunu deyən məruzəçi İlham Əliyevin yüksək səs faizi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bu günün ölkəmizin tarixinə “Zəfər seçkisi” kimi düşdüyünü bildirib. Vurğulayıb ki, dövlət başçısının andiçmə mərasimindəki Azərbaycançılıq ideologiyası və azərbaycançılıq prinsiplərinə sadiqliq, milli birlik və həmrəyliyimizin qorunması və gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda tərbiyəsi, texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik istiqamətindəki fikirləri Azərbaycan elminin, alimlərinin, ziyalılarının gələcək fəaliyyəti üçün mükəmməl bir bələdçidir. Akademik İsa Həbibbəyli AMEA-da dövlət başçısının elan etdiyi milli prioritetlər və inkişaf strategiyasını rəhbər tutaraq geniş tədqiqatların aparıldığını, AMEA Rəyasət Heyətinin iclasında professor Kərim Şükürovun “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzəsinin dinlənildiyini, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabının çapdan çıxdığını, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunda milli fəlsəfəyə dair tədbirin keçirildiyini söyləyib.

Həmçinin dövlət başçısının qarşıya qoyduğu Türk dünyasıyla əlaqələrin gücləndirilməsi ilə bağlı olaraq AMEA-nın türk dövlətlərinin akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, eləcə də bu istiqamətdə Akademiyanın elmi müəssisə və təşkilatlarında bir sıra şöbələrin, mərkəzlərin fəaliyyət göstərdiyini, geniş tədqiqatların aparıldığını bildirib.

Akademik 2023-cü ilin ən əlamətdar hadisələrindən birinin isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanda “Heydər Əliyev İli”nin elan edilməsi olduğunu deyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin, zəngin irsinin tədqiqi və təbliği istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən çoxsaylı konfrans, simpozium və seminarlar, işıq üzü görən elmi nəşrlər, təşkil edilən sərgilər xalqımızın və bütün dünyanın bu dahi şəxsiyyəti bir daha yaxından tanıması, onun ideyaları ilə mənəvi-intellektual ünsiyyətdə olması, yeni nəsillərin Ümummilli Liderin nümunəsində tərbiyə edilməsi baxımından olduqca əhəmiyyətli olub. “Heydər Əliyev İli”ndə “Hey­­dər Əli­­yev Ensiklopediyası”­­nın sözlüyünün hazırlandığını, 2023-cü il 1 may ta­ri­xin­də AMEA-nın Ümu­mi yığınca­ğı­nın xü­su­si ic­la­sının ke­çi­rildiyini, AMEA-da 70-ə yaxın elmi konf­ransın, se­mi­nar, se­ssi­ya, də­yi­ri­mi ma­sanın baş tutduğunu, 55 ki­tab və fun­da­men­tal monoqrafiya, 13 konf­rans ma­te­ria­lı, 7 jur­na­lın xü­su­si bu­ra­xı­lı­şının çap edildiyini söyləy­ib.

Məruzədə vurğulanıb ki, hesabat ilinin yeniləşmə baxımından ən mühüm hadisələrindən biri də AMEA Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin yaradılması və fəaliyyətinin təşkili ilə əlaqədardır. AMEA rəhbəri ötən il ərzində Akademiyada “Elektron Akademiya” şöbəsi vasitəsi ilə elmi jurnalların elektron bazalarının, elmi işçilərin virtual akademik profillərinin, Rəqəmsal İnformasiya Resursları Sisteminin, Milli DərgiPark Şəbəkəsinin yaradıldığını, ilkin istinad hesablamalarının formalaşdırıldığını deyib. Bu istiqamətdə  Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) AMEA-ya böyük dəstək verdiyini diqqətə çatdırıb və qurumun rəhbəri professor Hasan Mandala minnətdarlığını bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-da Qərbi Azərbaycanla bağlı geniş araşdırmaların aparıldığını, bu istiqamətdə bir neçə şöbənin yaradıldığını və “Qərbi Azərbaycan Ensiklopediyası”nın sözlüyünün hazırlandığını vurğulayıb.

Həm­­çi­­nin Qa­­ra­­ba­­ğın bər­­pa­­sı ilə bağ­­lı döv­­lət si­­ya­­sə­­tin­­də AMEA-nın ya­­xın­­dan iş­­ti­­ra­­kı­­nı tə­­min et­­mək, Qa­­ra­­bağ böl­­gə­­si­­nin ta­­ri­­xi, mədəniyyəti, ar­­xeоlо­­gi­­ya­­sı, folk­­lo­­ru və et­­noq­­ra­­fi­­ya­­sı­­nın, yer adlarının və toponimiyasının, tə­­bii eh­­ti­­yat­­la­­rı­­nın, ge­o­­lo­­ji və coğ­­ra­­fi xü­­su­­siy­­yət­­lə­­ri­­nin öy­­rə­­nil­­mə­­si ilə bağ­­lı komp­­leks təd­­qi­­qat­­la­­rı təş­­kil et­­mək məq­­sə­­di­­lə AMEA Rə­­ya­­sət He­­yə­­ti tərəfindən mü­­va­­fiq qə­­rar­­ların qə­­bul edildiyini və icrasının təmin olunduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli AMEA-da gənclərin aktiv fəaliyyəti və onların stimullaşdırılması istiqamətində önəmli addımların atıldığını, gənc alimlərin stimullaşdırılması məqsədilə Akademiya mükafatının təsis olunduğunu söyləyib,  gələcək elmi nəsillərin formalaşdırılması məqsədilə doktorantura təhsilinin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

AMEA rəhbəri çıxışının sonunda Milli Elmlər Akademiyasının bundan sonra da dövlət başçısının ətrafında sıx birləşərək Azərbaycanın milli prioritetləri və inkişaf strategiyasını rəhbər tutaraq ölkəmizin çiçəklənməsi naminə öz töhfələrini verməyə davam edəcəklərini bildirib.

Sonra Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin “Elm siyasətinin reallıqları və perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

O qeyd edib ki, torpaqlarımızın iğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsi həm də Azərbaycan təhsili qarşısında böyük elmi imkanlar açır.

“İnanıram ki, məhz bu yeni dövr Azərbaycan elmi üçün daha çox istiqamətlər açacaq. Bu şərəfli yeni dövrdə Azərbaycan alimləri, ali təhsil müəssisələri, elmi tədqiqat institutları bir çox nailiyyətlərə qadir olacaqlar. Hazırda Elm və Təhsil Nazirliyi olaraq bizim ən böyük hədəfimiz Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır. Bu, olduqca çağırışlarla dolu bir məqsəddir. Çünki sentyabr ayında min nəfər azərbaycanlı gənci Xankəndidəki Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Antiterror tədbirlərindən 1 il keçməmiş hədəfimizə nail olmağı planlaşdırırıq. İlk növbədə həm ali təhsil müəssisələrimizin, həm də elm adamlarımızın üzərinə böyük məsuliyyət düşür. Biz bu işdə birlik göstərməliyik. Çünki bu, milli layihədir”, - deyə Emin Əmrullayev bildirib.

O, həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə imzalanmış müqavilə əsasında Türkiyə-Azərbaycan Universitetinin yaradılacağını, bu universitetin Türkiyə-Azərbaycan qardaşlıq bağının daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.

Azərbaycan elminin nailiyyətlərinin dünyaya çıxarılması üçün bir sıra addımların atıldığını deyən nazir bir neçə ali təhsil müəssisəsi ilə elmi-tədqiqat institutları arasında müqavilənin imzalandığını, əsas məqsədin Azərbaycana məxsus elmi birləşdirərək onun düzgün inteqrasiyasını təmin etmək olduğunu vurğulayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının ötən ilin əsas uğurlarından biri olduğunu deyən Emin Əmrullayev elmin maliyyələşdirilməsi ilə bağlı bir sıra məqamlara toxunub, əsas prioritetlərdən birinin də ali təhsil müəssisələrinin reytinqlərinin yaxşılaşdırılması olduğunu bildirib.

O, həmçinin Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin respublikamızda elm və təhsilin inkişafına dəstək verə biləcəklərini deyib, bu istiqamətdə onlarla bir sıra müzakirələrin aparıldığını söyləyib.

Bundan əlavə, gənclərin elmə cəlb olunması üçün bir sıra məqamları diqqətə çatdırıb, dövlət başçısının sərəncamıyla icra olunan xaricdə təhsil proqramının öz nəticəsini verməyə başladığını diqqətə çatdırıb.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib akademik Arif Həşimovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ilə dair hesabatı: mühüm elmi nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Diqqətə çatdırıb ki, əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan hərtərəfli inkişaf etmiş, regionda və dünyada böyük nüfuz qazanmış, öz sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan elmi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası üçün də 2023-cü ilin uğurlu olduğunu deyən natiq həyata keçirilən çoxşaxəli islahatların miqyasına görə 2023-cü ilin AMEA üçün yeni yüksəliş mərhələsi kimi xarakterizə olunduğunu söyləyib.

“Hazırda ölkəmizdə elmin inkişaf etdirilməsi dövlətin əsas strateji hədəflərindən biridir. Elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü, kreativ düşüncəli və vətənpərvər gənclərin vaxtında elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması, yüksək texnologiyalarının, xüsusən süni intellekt texnologiyalarından istifadə imkanlarının, azərbaycançılıq ideologiyasının, multikulturalizm siyasətinin tədqiqi, milli-mənəvi dəyərlərin araşdırılması dövlətin elmi fəaliyyət sahəsindəki siyasətinin mühüm istiqamətlərini təşkil edir”, - deyə akademik-katib qeyd edib.

Bildirib ki, AMEA-da həyata keçirilən islahatlar Akademiyanın dövlətin ideoloji siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq üzrə elmi məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlib. Eyni zamanda, yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması və müstəqillik dövrü Azərbaycan tarixinin hazırlanması, Azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, müasir dünya fəlsəfəsinin müxtəlif problemlərinin öyrənilməsi, sosiologiya, politologiya, psixologiya, o cümlədən şərqşünaslıq və qafqazşünaslıq sahəsində, eyni zamanda, seysmologiya sahəsində tədqiqatların aparılması diqqət mərkəzində saxlanılmışdır.

Qeyd olunan elmi istiqamətlərə uyğun olaraq, bir sıra digər elmi-təşkilati tədbirlər də həyata keçirilib. Beynəlxalq elmi əlaqələrin yeni ideoloji prinsiplər əsasında qurulması, xüsusən, türk dövlətləri və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, Akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyənləşdirilməsi, bir sıra institutların adlarının və fəaliyyət istiqamətlərinin dəyişdirilməsi, paralelliklərin aradan qaldırılması qeyd olunan təşkilati tədbirlər sırasına daxildir.

Akademik Arif Həşimov bildirib ki, ölkə başçısının 3 no­yabr 2023-cü il ta­rix­li Fər­ma­nı ilə Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın ye­ni Ni­zam­na­mə­si təs­diq edil­ib. Ni­zam­na­mə­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın hü­qu­qi sta­tu­su “Azərbaycan Res­pub­li­ka­sın­da el­min in­ki­şa­fı­nın tə­min edil­mə­sin­də və elm sa­hə­sin­də döv­lət si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də iş­ti­rak edən döv­lət ali el­mi təş­ki­la­tı” ola­raq mü­əy­yən edilib.

Bir sıra statistik rəqəmləri diqqətə çatdıran məruzəçi he­­sa­­bat ilin­­də AMEA-nın el­mi bölmə­lə­ri üz­rə 173 prob­­lemin 515 möv­­zusu üz­­rə 1614 elmi təd­­qi­­qat işinin apa­­rıl­­dığını, 180 mü­­hüm el­­mi nə­­ti­­cənin alındığını, 42 işin tət­­­­­­biq olunduğunu söyləyib­­. Təsərrüfat müqavilə­lə­ri­nə əsa­­sən 182 iş ye­ri­nə ye­ti­rilib, 11-i xa­­­­ri­­­­ci ol­­­­maq­­­­la 72 pa­­­­tent alınıb­­­, 17-si xa­­­­ri­­­­ci alim­­­­lər­­­­lə bir­­­­gə ol­­­maq­­­la 88 qrant la­­­­yi­­­­hə­­­­si üz­­­­rə nə­­­­zər­­­­də tu­­­­tul­­­­muş iş­­­­lə­­­­r ye­­­­ri­­­­nə yetirilib.

2023-cü il­­­­də Aka­­­­­­de­­­­­­mi­­­­­­ya­­­­­­nın alim­­­­­­lə­­­­­­ri tə­­­­­­rə­­­­­­fin­­­­­­dən 500-ə yaxın ki­­­­tab və mo­noq­ra­fi­ya, 3000-ə ya­xını xa­­­­ric­­­­də ol­­­maq­­­la (bun­­­lar­­­dan 1000-ə ya­­­xı­­­nı “Web of Sci­­­­en­­­­ce” və “Sco­­­­pus” ba­­­­za­­­­la­­­­rı­­­­na da­­­­xil olan impakt fak­­­­tor­­­­lu jur­­­­nal­­­­lar­­­­da)  9500-ə ya­xın  mə­­­­qa­­­­lə və te­­­­zis nəşr et­­­di­­­ril­­­­ib. El­­­­mi işçilərin əsər­­­­lə­­­­ri­­­­nə 31000-ə ya­xın is­­­­ti­­­­nad olun­­­­ub.

O, həmçinin “Heydər Əliyev İli” çərçivəsində, eləcə də Azər­­bay­­can Res­­pub­­li­­ka­­sının Pre­­zi­­den­­ti İl­­ham Əli­­ye­­vin “Şu­­şa şə­­hə­­ri­­nin 2023-cü il üçün “Türk dün­­ya­­sı­­nın mə­­də­­niy­­yət pay­­tax­­tı” elan edil­­mə­­si ilə bağ­­lı təd­­bir­­lər haq­­qın­­da Sə­­rən­­ca­­mı­­nın və “Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın 2022-2026-cı il­­lər­­də so­­si­­al-iq­­ti­­sa­­di in­­ki­­şaf Stra­­te­­gi­­ya­­sı”nın Təd­bir­lər Pla­nının ic­­ra­­sı ilə əlaqədar AMEA-da görülmüş işləri nəzərə çatdırıb.

“He­sa­bat ilin­də AMEA-nın el­­­­mi mü­­­­əs­­­­si­­­­sə­­­­lə­­­­ri ümu­­­­mi­­­­lik­­­­də öl­­­­kə iq­­­­ti­­­­sa­­­­diy­­­­ya­­­­tı­­­­nın, in­­­­cə­­­­sə­­­­nət və mə­­­­də­­­­niy­­­­yə­­­­ti­­­­nin, Azərbaycanın ədəbiyyatı  ta­­­­ri­­­­xi və di­­­­li­­­­nin araş­­­­dı­­­­rıl­­­­ma­­­­sı­­­­na, qo­­­­ru­­­­nub sax­­­­la­­­­nıl­­­­ma­­­­sı­­­­na xid­­­­mət edən, so­­­­si­­­­al məsələ­­­­lə­­­­ri əha­­­­tə edən 11 Döv­­­­lət proq­­­­ra­­­­mı­­­­nın ic­­­­ra­­­­sın­­­­da iş­­­­ti­­­­rak edib və gö­­rül­­müş iş­­lər haq­­qın­­da he­­­­sa­­­­bat­­­­la­­r aidiy­­­­yə­­­­ti üz­­­­rə mü­­­­va­­­­fiq döv­­­­lət qu­­­­rum­­­­la­­­­rı­­­­na təqdim olunub”, - deyə akademik-katib vurğulayıb.

Bundan əlavə, AMEA-da və öl­­kə­­nin di­­gər el­­mi qu­­rum­­la­­rın­­da Qər­­bi Azər­­bay­­can­­la bağ­­lı apa­­rı­­lan el­­mi təd­­qi­­qat­­la­­rın da­­ha sis­­tem­­li və in­­teq­­ra­­tiv şə­­kil­­də təş­­kil edil­­mə­­si­­ni tə­­min etmək məq­­sə­­di­­lə AMEA Rə­­ya­­sət He­­yə­­ti­­nin qə­­ra­­rı ilə aka­­de­­mik İsa Hə­­bib­­bəy­­li­­nin səd­­ri ol­­du­­ğu Qər­­bi Azər­­bay­­can təd­­qi­­qat­­la­­rı üz­­rə Əlaqə­­lən­­dir­­mə Şu­­ra­­sı­nın ya­­ra­­dıldığını,  şuranın Tədbir­­lər pla­­nının təs­­diq edilərək müvafiq işlərin görüldüyünü ­­söyləyib.

AMEA-nın beynəlxalq əlaqələrinə də toxunan məruzəçi 2023-cü il­­­də bu is­­­­ti­­­­qa­­­­mə­­­­tdə də mü­­­­hüm iş­­­­lərin gö­­­­rül­­­­düyünü, bir sı­­­­­ra xa­­­­­­ri­­­­­ci öl­­­­­kə­­­­­nin el­­­­­­mi mü­­­­əs­­­­si­­­­sə­­­­­lə­­­­­ri ilə əmək­­­­­­daş­­­­­­lıq pers­­­­pek­­­­tiv­­­­lə­­­­rinin mü­­­­za­­­­ki­­­­rə edil­­­­diyini, əc­­­­­nə­­­­­bi alim­­­­­­lə­r, ic­­­­­ti­­­­­mai-si­­­­­ya­­­­­si və mə­­­­­də­­­­­niy­­­­­yət xa­­­­­dim­­­­­lə­­­­­ri, bey­­­­­nəl­­­­­xalq elmi təşkilatların nü­­­­ma­­­­­yən­­­­­də­­­­­lə­­­­­rinin Akademiyanı ziyarət etdiklərini, Tür­ki­yə, Öz­bə­kis­tan, Qazaxıstan, Pa­kis­tan, Çin, İta­li­ya, Ru­si­ya, Gür­cüs­tan, Bol­qa­rıs­ta­nın el­mi qurum­la­rı ilə əmək­daş­lı­ğa xüsusi diq­qət ay­rıl­dığını bildirib.

Sonra Ümumi yığıncaqda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun “Heydər Əliyev İli”: süni intellekt vasitəsilə elmi konfrans”, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovun “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzələri dinlənilib.

Ümumi yığıncaqda, həmçinin Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandal çıxış edib. O, qarşıdakı 10 il ərzində dünyanın gündəmində olacaq iqlim dəyişikliyi, ərzaq qıtlığı, şirin su çatışmazlığı və digər bir sıra qlobal problemləri diqqətə çatdırıb, nəticədə bəşəriyyətin elmə və texnologiyaya olan tələbatının daha da artacağını söyləyib. Qeyd edib ki, bu və digər istiqamətdə TÜBİTAK Azərbaycanla, Türk dövlətlərinin elmi qurumları ilə birgə tədqiqatlar aparmağa hazırdır. Professor Hasan Mandal BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu deyib və Türkiyənin hər zaman olduğu kimi, bu məsələdə də ölkəmizin yanında olduğunu, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inamını bildirib.

Tədbirdə, o cümlədən AR Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyətinə dair” məruzəsi ətrafında çıxışları dinlənilib.

Çıxışlardan sonra AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın Ümumi yığıncağının qərar layihəsini səsləndirib. 

www.science.gov.az 

FOTO QALEREYA