Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

İsa Həbibbəyli: "Gül dəftəri" toplusunun UNESCO səviyyəsində qəbulu...

22-05-2023 [ 13:49 ] [ oxunub:615 ]
printerA+ | A-
103397

İsa Həbibbəyli: "Gül dəftəri" toplusunun UNESCO səviyyəsində qəbulu Qarabağın Azərbaycan torpağı olmasının sübutudur

Xurşidbanu Natəvanın "Gül dəftəri" illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində qəbulu Qarabağın Azərbaycan torpağı olmasının sübutudur.

APA xəbər verir ki, bunu UNESCO İcraiyyə Şurasının qərarı ilə “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” adlı nominasiyanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması üçün qəbul olunması ilə bağlə keçirilən brifinqdə İsa Həbibbəyli deyib.

O qeyd edib ki, Xurşidbanu Natəvan Qarabağın görkəmli ictimai xadimidir:

""Gül dəftəri" şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə qəbul olunmasını həm də Fransa şovinizminə bir cavab olaraq qiymətləndirirəm".

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli deyib ki, Xurşidbanu Natəvan Qarabağda yaşayıb yaratsa da, təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edən, birləşdirən bir ictimai xadim olub:

""Gül dəftəri" şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olması bizim uğurumuz, mənfur düşmənlərin yersiz iddialarına da bir cavabdır".

Qeyd edək ki, UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub. Təqdim olunan nominasiyanın müəllifi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının alimi Nigar Babaxanovadır.