Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda növbəti Elmi şura keçirilib

30-03-2023 [ 15:35 ] [ oxunub:74 ]
printerA+ | A-
103231

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri iştirak ediblər. Elmi şuranı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərdən bəhs edib. Akademik İsa Həbibbəyli gündəlikdəki “Əhməd bəy Ağaoğlu və Türk dünyası”  mövzusunda Beynəlxalq elmi konfransın keçirilməsi haqqında”, “Filologiya elmləri doktoru Vaqif Yusiflinin 75 illiyinin keçirilməsi haqqında”, “Filologiya elmləri doktoru, professor Vüqar Əhmədin 60 illik yubileyinin keçirilməsinə dair” və digər məsələlər haqqında fikirlərini bölüşüb.

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan ədəbiyyatında soyqırımı mövzusu” adlı məruzə edib. Məruzədə vurğulayıb ki, “O qara, məşum günlərdən - Daşnak-bolşevik muzdlu qatillərinin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada Azərbaycan türklərinə qarşı törətdikləri və misli görünməmiş qəddarlıqla həyata keçirdikləri kütləvi qırğınlardan və bu faciəli hadisələrə həsr edilmiş ilk bədii nümunələrin qələmə alınmasından 105 il keçsə də o əsərlərdə bu gün də sözün haqqa güvənci, emosionallığı, təravəti, kəsəri güclü, magik enerjisi tükənməzdir.

İstinad olunan əsərləri vizual nəzərdən keçirdikdə müşahidə olunur ki, “Mart hadiseyi-ələmiyyəsi”ndən sonra isti-isti yazılmış şeir, hekayə, esse, dram əsərləri və s. bədii nümunələrin müəllifləri “qətli-am”, soyqırımı aksiyasının şahidləri və ya zərərdidələri olmuşdur”.

Elmi şurada filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti barədə iştirakçıları məlumatlandırıb.

Təhsil şöbəsinin müdiri Samir Səttarov “İnstitutun magistrantlarının attestasiyasının təsdiq edilməsi haqqında” və başqa məsələlərlə bağlı məlumat verib.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı gündəlikdəki çap və müsabiqə məsələrindən danışıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR