Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

18-01-2023 [ 15:12 ] [ oxunub:274 ]
printerA+ | A-
103023

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 33-cü il dönümünə  həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. Mehman Həsənli çıxışında vurğulayıb ki, “20 Yanvar hadisələri nəticəsiz qalmayıb. Azərbaycan 1991-ci ilin oktyabr ayında müstəqilliyini bərpa etsə də, əslində bu müstəqilliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə qazanmışdıq. Məhz həmin gecə Sovet imperiyası tərəfindən yaradılan saxta sovet vətənpərvərliyi, xalqlar dostluğu ideyası və bolşevik-komminist ideologiyası məhv oldu.

Biz artıq bir şanlı dönəm yaşayırıq. Azərbaycan Vətən Müharibəsində qələbə qazandı. Biz bu qələbələrimizi həm 20 Yanvar, həm də Birinci Qarabağ savaşında mübarizə aparan şəhidlərimizə borcluyuq. Bizim institut da hər il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirir”.

Sonra Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Lətifə Mirzəyeva “Cənublu qələm sahiblərinin qanlı 20 Yanvar fəryadı” adlı məruzə ilə çıxış edib.

Tədbirdə institutun alimlərindən Qəzənfər Paşayev, İmamverdi Həmidov, Fəridə Əzizova, Əlizadə Əsgərli, Vaqif Yusifli, Tahirə Məmməd, Aslan Salmansoy, Asif Rüstəmli və Gülnar Qəmbərli də tədbirin mövzusu ilə bağlı fikirlərini bölüşüblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR