Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

İsa Həbibbəyli: “AMEA yeni strukturda, yeni hədəflər əsasında bundan sonra öz fəaliyyətini davam etdirəcək” AÇIQLAMA

29-07-2022 [ 11:32 ] [ oxunub:48 ]
printerA+ | A-
102483

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi və Elm və Təhsil Nazirliyinin yaradılması haqqında fərmanı elmin və təhsilin yeni mərhələyə çatdırılması, qarışıqlı inteqrasiyası baxımından atılmış islahat yönümlü çox mühüm bir addımdır”. Bunu SİA-ya açıqlamasında yeni fərmanla bağlı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi artıq genişlənməkdədir: “Hətta inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda və ya əhatə dairəsində yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır. Çünki artıq isbat olunub ki, bir-birinə yaxın olan sahələrin qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə əldə etmək mümkün deyil. Buna görə də bizim ölkəmizin reallığı da elm və təhsilin qarışılıqlı surətdə əlaqələndirilməsinin, həm elmin, həm də təhsilin inkişafı baxımından zəruri hesab edir. Fərmanada, eyni zamanda AMEA-nın statusunun saxlanılması, onun tabeliyində bir sıra institutların fəaliyyət göstərməsi və müəyyən istiqamətləri də göstərilmişdir. Və bu gün sosial şəbəkələrdə akademiyanın bağlanması haqqında yersiz söz-söhbətlərə son qoyulmalıdır. Çünki AMEA yeni strukturda, yeni hədəflər əsasında bundan sonra öz fəaliyyətini davam etdirəcəkdir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası elmin əlaqələndirmə şurasını, problem şuralarının idarə olunmasını bundan sonra da davam etdirəcək, həqiqi və müxbir üzrə seçkilərinin keçirilməsi səlahiyyətləri də akademiyaya daxildir. Bütövlükdə, Prezident İlham Əliyevin imzaladığı bu fərman elm və təhsil sahəsində yeni islahatlara başlanılmasını tələb edir. Və Milli Elmlər Akademiyasının və Elm və Təhsil Nazirliyinin kollektivi dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin məsuliyyətini dərindən dərk edir, öz işini fərmandan irəli gələn tələblər istiqamətində öz işini quracaq. Bundan əlavə, ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək”.

https://sia.az/az/news/politics/971642.html

SİZƏ MARAQLI OLA BİLƏR