Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları mükafatlandırılıblar

20-11-2018 [ 16:07 ] [ oxunub:26 ]
printerA+ | A-
95273

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən İnstitun bir sıra əməkdaşları AHİK-in yubiley medalı, döş nişanı, fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılıblar. Mükafatları əməkdaşlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri professor Səttar Möhbalıyev və AMEA-nın vitse prezidenti,  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru akademik İsa Həbibbəyli təqdim edib.

           AHİK-in sədri Səttar Möhbalıyev çıxış edərək Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun əməkdaşlarını İnstitun 85 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Akademik İsa Həbibbəyli AHİK-ə və şəxsən Səttar Möhbalıyeva göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Akademik AHİK-in elm sahəsində çalışanlara hər zaman qayğı göstərdiyini xüsusi vurğulayıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR