Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Ege universitetinin doktorantı Zeyneb Yıldırımın “Menzer Niyarlının Hikayeleri üzerine bir inceleme” kitabı nəşr olunub

18-01-2024 [ 14:33 ] [ oxunub:766 ]
printerA+ | A-
104215

Türkiyyənin İzmir şəhərinin Ege universitetinin dokotorantı Zeyneb Yıldırımın “Menzer Niyarlının Hikayeleri üzerine bir inceleme”  elmi mövzusunda araşdırma kitabı  nəşr olunmuşdur. Kitab Azərbaycanın tanınmış yazıçısı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Niyarlının yaradıcılığına həsr olunmuşdur. Kitabın redaktoru doktor Yılmaz Özkayadır. Kitaba çağdaş Azərbaycan ədəbiyyatının qadın yazıçılarından olan Menzer Niyarlının “Seçilmiş əsərləri” (2014) adlı kitabından on üç hekayə və bu hekayələrin təhlili daxil edilmişdir.

“Giriş” bölməsində Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafı haqqında qısa məlumat verilir. “Birinci hissə”yə Menzer Niyarlının həyat və yaradıcılığı haqqında məlumat daxildir. “İkinci fəsil”də Menzer Niyarlının on üç hekayəsi türk dilinə tərcümə edilmiş və bu hekayələr təhlil edilmişdir. “Nəticə” bölməsində Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafı və Menzer Niyarlının hekayələri ilə bağlı ümumi qiymətləndirmə aparılmışdır.

SİZƏ MARAQLI OLA BİLƏR