Asiya ədəbiyyatı araşdırmaları. Bakı: “Elm və təhsil”, 2023, 402 səh.
Elmi məsləhətçi və ön sözün müəllifi: akademik İsa Həbibbəyli
Elmi redaktoru: professor Bədirxan Əhmədov
Rəyçi: f.e.d., dosent Bəsirə Əzizəliyeva
Kitabda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan – Asiya ədəbi əlaqələri şöbəsi əməkdaşlarının müxtəlif vaxtlarda Asiya xalqları ədəbiyyatının müxtəlif problemlərinə həsr edilmiş məqalələri toplanmışdır. Kitabda Pakistan, Çin, hind, əfqan, İndoneziya, korey, yapon, qazax, özbək ədəbiyyatlarının ayrı-ayrı problemləri və şəxsiyyətləri ilə bağlı məqalələr yer alır. Bu məqalələrdə ilk dəfə olaraq Asiya ədəbiyyatı ədəbiyyatşünaslıq aspektindən dəyərləndirilir, yeni elmi qənaətlərə gəlinir.
Kitab Asiya xalqları ədəbiyyatı istiqamətində araşdırma aparan tədqiqatçılar, ali məktəb müəllimləri, eləcə də doktorant və magistrlər üçün dəyərli bir mənbədir.