Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Fransız poeziyasından yarpaqlar (Mərcan Sofiyevanın layihə rəhbərliyi ilə)

10-10-2023 [ 15:12 ] [ oxunub:77 ]
printerA+ | A-
103765

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi işçisi Mərcan Sofiyevanın layihə rəhbərliyi ilə “Fransız poeziyasından yarpaqlar” kitabı işıq üzü görüb. Azərbaycan Dillər Universitetinin filologiya (fransız dili və ədəbiyyatı) fakültəsinin Ədəbiyyat İnstitutunda tərcübə keçən tələbələri ilə birgə fransız poeziyasından seçmə şeirlər oxuculara təqdim olunub. Kitabın tərcümə mətnlərinin bədii redaktəsi Mərcan Sofiyevaya aiddir. Elmi redaktoru Aida Feyzullayevaya, fransız dilindən tərcümə məsləhətçisi İmran Quliyevə, redaktor və korrektor Ofelya İsmayılovaya, dizayn və tərtibat Kəmalə İmamverdiyevaya məxsusdur. Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, professor Gülər Abdullabəyova kitaba “Uğurlu layihə” başlıqlı ön söz yazıb. Şeirlər ADU-nun tələbələri olan Rəvanə Yusifova, Humay Mərdanlı, Leyla Hacıyeva, Aysel Nəcəfova və Nərmin Səlimova tərəfindən orijinaldan tərcümə olunub. Qeyd edək ki, kitabda müəlliflər haqqında Azərbaycan dilində məlumat və hər bir şeirin fransızca orijinalı, Azərbaycan dilində tərcüməsi, rus və ingilis dillərində tərcümələri də yer alıb. Kitabda fransız şairlərindən Şarl Bodler (1821-1867), Stefan Malarme (1842-1896), Pol Verlen (1844-1896), Pol Valeri (1871-1945), Jak Prever (1900-1977), Giyom Appolinerin (1880-1918) şeirlərinə müraciət olunub.

SİZƏ MARAQLI OLA BİLƏR