Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Gəncəli Sabahi. “Biblioqrafik göstərici”

04-07-2022 [ 11:49 ] [ oxunub:85 ]
printerA+ | A-
102552

Gəncəli Sabahinin “Biblioqrafik göstərici”  kitabı çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 iyun 2022-ci il tarixli (protokol №5) qərarı ilə yazıçı, ədəbiyyatşünas-tənqidçi Gəncəli Sabahinin “Biblioqrafik göstərici”  kitabı çap olunub. Kitabın tərtibçisi Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin  böyük elmi işçisi Dilbər Rzayeva, elmi redaktoru Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  Cənubi Azərbycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Fikrət Süleymanoğludur.

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd və filologiya elmləri doktoru Esmira Fuad  nəşrin rəyçiləridir. 52 səhifədən ibarət olan kitab “Ecoprint” nəşriyyatında çap olunub.

XX əsr Cənubi Azərbaycan nəsrində özünəməxsus yeri olan Gəncəli Sabahinin həyat və yaradıcılığını tam şəkil­də əks etdirən və ilk dəfə nəşr olunan bu biblioqrafik göstəricidə Gəncəli Sabahinin 1951-2021 illərdə İran, Azərbaycan və Türkiyədə dərc olunmuş materialları haqqında məlumatlar toplanıb.

Biblioqrafik göstərici ədəbiyyatşünas alimlər, tədqiqat­çı­lar, ali məktəb tələbələri, həmçinin Gəncəli Sabahinin həyat və yaradı­cılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

SİZƏ MARAQLI OLA BİLƏR