Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Salidə Şərifova. Klassiklər və müasirlər söz müstəvisində

14-12-2018 [ 15:47 ] [ oxunub:21 ]
printerA+ | A-
96485

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 25 iyun 2018-ci il tarixli iclasının (9 saylı protokol) qərarı ilə çapa tövsiyə olunmuşdur.

Rəyçilər:

Tehran Əlişanoğlu (Mustafayev)     AMEA-nın müxbir üzvü    

   Məhərrəm Qasımlı          Əməkdar Elm xadimi             

Şərifova Salidə Şəmməd qızı. Klassiklər və müasirlər söz müstəvisində. Bakı, «Elm və təhsil», 2018. 568 səhifə.

Salidə Şərifovanın “Klassiklər və müasirlər söz müstəvisində” adlı məqalələr toplusunda ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, müasir nəsr, həmçinin müasir poeziyanı əhatə edən tənqidi və elmi məqalələr ədəbiyyatın təşəkkül və formalaşma prosesini əks etdirir. Milli ədəbiyyatımızın və onun aktual problemlərinin əks etdirilməsi müxtəlif alim və söz xiridarlarının yaradıcılıqları əsasında həyata keçirilmişdir. Milli ədəbiyyatımızın tarixi təkamül prosesindəki konkret imkanlarını, klassik ənənələrin spesifik xüsusiyyətlərini, çoxəsrlik ənənələrin üzə çıxarılmasını əhatə edən məqalələr ədəbiyyatşünaslıq üçün gərəklidir və müxtəlif dövrlərdə mətbuatda nəşr edilmiş və elmi dairələrdə səsləndirilmişdir.

S. Şərifovanın “Klassiklər və müasirlər söz müstəvisində” adlı məqalələr toplusundakı problemli məsələlərə yeni yanaşması və nəticələrin elmi-praktiki əhəmiyyətliyi ilə seçilən məqalələr Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan da, məqalələr toplusunun yeniliyini nəzərə alaraq, elmi dairələr və ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 25 iyun 2018-ci il tarixli iclasının (9 saylı protokol) qərarı ilə çapa tövsiyə olunmuşdur.

SİZƏ MARAQLI OLA BİLƏR