Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Bakı haqqında ingilis dilində kitab – “Baku Travel Guide”

03-12-2018 [ 10:03 ] [ oxunub:21 ]
printerA+ | A-
95897

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevanın Türkiyədən yazar və araşdırmaçı alim Dr.Muhsin Kadıoğlu ilə birlikdə ingilis dilində yazdıqları “Baku Travel Guide” – “Bakı Turu bələdçisi” kitabı Google play Books üzərindən elektron kitab olaraq yayınlanmışdır.

          Kitabda Azərbaycanın önəmli tarixi və milli xüsusiyyətlərini vurğulayan müəlliflər Bakının tarixi, mədəniyyəti, abidələri, memarlıq nümunələri, incəsənət əsərləri, ictimai yerləri, mətbəxi haqqında geniş şəkildə məlumat vermişlər. Kitab ingilisdilli oxucuların Azərbaycan, xüsusilə də Bakı haqqında daha ətraflı məlumata sahib olmaları, milli tarix və mədəniyyətimizin dünyaya tanıdılması, turizmin inkişafı məqsədinə xidmətlə yazılmışdır.

SİZƏ MARAQLI OLA BİLƏR