Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Ədəbiyyat qəzeti”nin “Ədəbi proses – 2023” müşavirəsinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb

16-07-2024 [ 10:46 ] [ oxunub:124 ]
printerA+ | A-
104735

Xəbər verdiyimiz kimi, iyulun 10-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.

“Ədəbi proses” müşavirəsinə təqdim olunan məruzələr toplu halında Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışında işıq üzü görüb.

Xüsusi buraxılışda filologiya elmləri doktoru Elnarə Akimovanın “İlin ədəbi mənzərəsi”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Poeziya”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Nəsr”, filologiya üzrə fəlsəfə doktoru Şahanə Əliyevanın “Dramaturgiya”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Ədəbi gənclik (gənc nəsillərin yaradıcılığı)”, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadənin “Ədəbi tənqid”, filologiya elmləri doktoru Vüqar Əhmədin “Publisistika”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Uşaq ədəbiyyatı”, filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Cənubi Azərbaycan ədəbiyyatı”, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Məmmədovanın “Bölgələrdə ədəbi həyat” və filologiya elmləri doktoru Rasim Nəbioğlunun “Bədii tərcümə” mövzusunda məruzələri təqdim olunur.