Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatına yeni sədr seçilib

30-10-2023 [ 13:40 ] [ oxunub:76 ]
printerA+ | A-
103902

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatına sədr seçkisi keçirilib.

İclasda institutun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Şahbaz Musayev müəssisənin Həmkarlar Təşkilatına sədr seçilib.

Qeyd edək ki, Şahbaz Musayev 1961-ci ildə Gürcüstanda, Qarakilsə kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirib. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2002-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləyən Şahbaz Musayev 2004-cü ildə “Borçalıda ədəbiyyatın və ədəbi-mədəni həyatın özünəməxsusluğu”mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu, 2021-ci ildə “Mirzə Fətəli Axundzadə: mühiti, müasirləri ilə əlaqələri və yeni tipli ədəbiyyat yaradıcılığı”  mövzusunda elmlər doktorluğu işini uğurla müdafiə edib.