Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub

27-10-2023 [ 13:51 ] [ oxunub:216 ]
printerA+ | A-
103893

Türkiyənin nüfuzlu "Ötüken” nəşriyyatında “XX. Yüz yıl Güney Azərbaycan Edebiyyatının öncülleri-I” kitabı çap olunub.

Əsərin müəllifi AMEA-nın dosenti, filologiya elmləri doktoru Pərvanə Məmmədlidir. Kitabı Türkiyə türkcəsinə Meral Bahar çevirib.

Bu elmi kitabda Arazın o tayında yaşayan, az öyrənilib, araşdırılan 20 yazarın portret-oçerki təqdim edilir. Monoqrafiyada XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən, Azərbaycan ədəbiyyatına xidmət edib qiymətli ədəbi-bədii əsərlər ortaya qoyan şəxsiyyətlər müəllif tərəfindən yaxından tanıdılır. Kitabda Mirzağa Təbrizi, Həsən Rüşdiyyə, Tağı Rüfət, Həbib Sahir, Məhəmmədhüseyn Şəhriyar, Bulud Qaraçorlu Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oqtay, Həmid Nitqi, Məmmədəli Fərzanə, Cavad Heyət, Məmmədtağı Zehtabi, Haşim Tərlan, Kərim Məşrutəçi Sönməz, Əli Təbrizli və başqalarının həyatı, elmi, ədəbi-bədii yaradıcılığı haqda geniş bilgi verilib, təhlil edilir.