Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Tovuzda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

16-06-2023 [ 12:35 ] [ oxunub:64 ]
printerA+ | A-
103536

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 15 iyun - Milli Qurtuluş günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Nizami adına Mədəniyyət evində keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasından Tovuz şəhərinə ezam olunmuş, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub. RİH başçısı Məmməd Məmmədov çıxış edərək 15 iyun – Milli Qurtuluş gününün tarixi əhəmiyyətini vurğulamış, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs etmişdir.
Rayon ictimaiyyətinin tədbirinə qonaq qismində dəvət olunmuş Prof.Dr. Asif Rüstəmli “Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan ədəbiyyatı” mövzusunda geniş və dolğun məzmunlu məruzə etmişdir.
Daha sonra YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Peşə Liseyinin müdiri Nicat Göyüşov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Əli Əliyev və Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbinin direktoru Mehriban Rüstəmova çıxış edərək, 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün həyata keçirdiyi ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydasının təmin edilməsi kimi təxirəsalınmaz tədbirlər
barədə iştirakçıları məlumatlandırmışlar. Ulu Öndər Heydər Əliyevin xalqımı və tariximiz qarşısında ən böyük xidmətinin Azərbaycan dövlətçiliyini xilas etməsi və Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarması olduğu vurğulanmışdır.

FOTO QALEREYA