Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş panel

08-06-2023 [ 21:36 ] [ oxunub:407 ]
printerA+ | A-
103502

Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş panel AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Mir Cəlal Paşayevə həsr olunmuş paneli giriş sözü ilə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açıb. Akademik Muxtar İmanov yubliyarın həyat və fəlaiyyəti haqqında ətraflı məlumat verib. Əlavə edib ki, bu paneldə

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ilə Memarlıq və İncəsənət İnstitutunun alimləri çıxış edəcəklər. Sonra Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev Mir Cəlal Paşayevin bədii yaradıcılığını əhatə edən geniş məruzə edib.
Filologiya elmləri doktoru, professor Tahirə Məmməd Mir Cəlal Paşayevin alim kimi fəaliyyətindən və ədəbi-nəzəri görüşlərindən bəhs edib.

Filologiya elmləri
doktoru, dosent Mərziyyə Nəcəfova isə yubliyarın yaradıcılığında müharibə mövzusundan söz açıb. Memarlıq və İncəsənət İnstitutunun doktorantı Fidan Rzayeva
isə Mir Cəlalın səhnə əsərləri haqqında məlumat verib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

SİZƏ MARAQLI OLA BİLƏR