Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “O, Günəş Ömrüdü, sönməyəcəkdir” adlı tədbir keçirib

08-05-2023 [ 10:52 ] [ oxunub:99 ]
printerA+ | A-
103327

Mayın 5-də Sabunçu rayon Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “O, Günəş Ömrüdü, sönməyəcəkdir” adlı tədbir keçirilib. Tədbir çərçivəsində şair, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun əməkdaşı İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” kitabının təqdimatı da keçirilib. Tədbirdə filologiya elmlər doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifova “İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin bədii obrazı haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə Sabunçu rayon MKS-nin direktoru Nəcibə Hüseynova və Kitabxananın   əməkdaşları,  Ədəbiyyat  İnstitutunun əməkdaşı İbrahim Yusifoğlu, filologiya elmlər doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifova (məruzəçi), AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı fəlsəfə doktoru, dosent Zəki Bayram Yurtçu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Tahir, Bakı Təhsil İdarəsinin əməkdaşı, pedaqoq müəllim Fatma Seyidova, fransız dili mütəxəssisi, şair Məmməd Əkbərli, Yazıçılar Birliyinin üzvü şairlər Allahverdi Aqil, Ələsgər Talıboğlu, bağça  müdiri Vəfa Rəsulova, 107 saylı məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi İsmayılova İlhamə, Sabunçu rayon MKS- nin filial müdirləri, və 107 , 169, 252 saylı tam orta məktəblərin  şagirdləri iştirak ediblər.

FOTO QALEREYA