Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Ürgənc Dövlət Universitetində "Nəvaişünaslıq” mühazirələri başlayıb

23-04-2023 [ 10:39 ] [ oxunub:329 ]
printerA+ | A-
103286

 Nizami Gəncəvi adına Azərbaycan- Türkmənistan- Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova Özbəkistan Respublikasının Xarəzm vilayətinin paytaxtı Ürgənc şəhərində yerləşən Ürgənc Dövlət Universitetinin Filologiya fakültəsinə dəvət olunub.

Özbəkistan Respublikasının  “Dostluq” ordeni mükafatçısı, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri professoru, nəvaişünas Almaz Ülvi Binnətova həmin universitetin filologiya fakültəsinin tələbələri üçün “Navaişünaslıq” fənnindən  mühazirələrə başlayıb.

Universitetin Filologiya fakültəsinin dekanı Dilşod Qayıbov tələbələrə  iki qardaş ölkə, eləcə də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə  Ürgənc Dövlət Universiteti  arasındakı  əməkdaşlıq əlaqələrindən danışıb.  Universitetinin tələbələri qonaq Almaz Ülvi Özbəkistan xalqına, xüsusən də Xarəzm xalqına hədsiz ehtiramını  və bu səfərdən böyük məmnunluğunu ifadə edib.

Filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın mühazirələri bu ilin aprel ayının 29-dək davam edəcək.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR