“Əmir Xosrov Dəhləvi” monoqrafiyası Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanmışdır. Kitab “Sənətkarın elmi pasportu seriyası”nın 39-cu nəşridir ("Elm və təhsil" nəşr-tı, 2023, 184 s.)
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, ön sözün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. Rəyçi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.
Kollektiv monoqrafiya Nizami Gəncəvinin layiqli davamçılarından olan və Hindistanda farsdilli ədəbiyyatın tanınmış nümayəndəsi Əmir Xosrov Dəhləvinin dövrü, həyatı, əsərləri və sənətkarlığı haqqında elmi nəşrdir. Kitabda şairin əsərlərində Nizami Gəncəvi “Xəmsə”sinin təsiri, habelə ölkəmizdə Dəhləvi irsinin tədqiqi, tərcüməsi və nəşri sahəsində Azərbaycan alimlərinin gördüyü işlər dəyərləndirilir.
Kitabdakı araşdırmaların müəllifləri Ədəbiyyat İnstitutunun alimlərindən İmamverdi Həmidov, Könül Hacıyeva, Nüşabə Araslı, Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Bəsirə Əzizəliyevadır. Kitabda Dəhləvinin “Şirin və Xosrov” əsərindən parçalar da verilmişdir.