Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə AMEA Rəyasət Heyətinin təbrik məktubu

24-12-2020 [ 21:08 ] [ oxunub:100 ]
printerA+ | A-
100414100414

Möhtərəm cənab Prezident!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımızı çatdırır, can sağlığı, şəxsi həyatınızda və dövlətçilik fəaliyyətinizdə bundan sonra da böyük uğurlar diləyirik. Hesab edirik ki, bu il 44 gün ərzində 30 ildən artıq işğal altında qalan Qarabağ torpaqlarını erməni işğalçılarından azad etməklə  doğum gününüzə ən böyük hədiyyəni elə Siz özünün etmisiniz. Sizin qətiyyətiniz nəticəsində Azərbaycan ordusunun qazandığı parlaq tarixi zəfər regiondakı geosiyasi mənzərəni dəyişmiş, yeni reallıqlar yaratmış, ölkəmiz qarşısında yeni inkişaf üfüqləri açılmışdır. Heç şübhəsiz ki, bu yeni mərhələdə Azərbaycan yeni məqsədlər, vəzifələr və çağırışlarla üz-üzədir. Malik olduğunuz zəngin dövlətçilik təcrübəsi, əzmkarlıq, prinsipiallıq, idarəçilik bacarığı hesabına bütün bunların öhdəsindən qısa zamanda və uğurla gələcəyinizdən şübhəmiz yoxdur. Xalqımız əmindir ki, növbəti illərdə Siz erməni vandalları tərəfindən xarabalığa çevrilmiş Qarabağı Azərbaycanın digər bölgələri kimi abad və çiçəklənən bir diyara çevirəcəksiniz. 17 illik Prezidentliyiniz dövründə apardığınız misilsiz quruculuq işləri bizə belə deməyə əsas verir.

2003-2020-ci illər ərzində Azərbaycan Prezidenti vəzifəsində uzaqgörən və müdrik fəaliyyətiniz ölkəmizin beynəlxalq aləmdə sözü keçən, mövqeyi nəzərə alınan güclü bir dövlət kimi tanınmasına gətirib çıxarmışdır. Siz özünüz isə nüfuzlu, dəst-xəttilə seçilən, mahir siyasətçi, görkəmli dövlət xadimi kimi tanınır  və qəbul edilirsiniz.  Sizin Prezidentliyiniz dövründə ölkəmizin qazandığı tarixi uğurlar haqlı olaraq hər bir azərbaycanlı üçün fəxr qaynağıdır.

Heç şübhəsiz ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin görmək istədiyi qüdrətli, müasir və mütərəqqi Azərbaycan dövlətinin qurulması prosesi Sizin müdrik rəhbərliyiniz altında mütləq öz məntiqi yekununa çatacaqdır.

Qoy tale daim üzünüzə gülsün, uğur hər zaman sizi müşayiət etsin! 

Dərin hörmətlə və ən xoş arzularla,

AMEA Rəyasət Heyətinin üzvləri

http://science.gov.az/news/open/15487

SİZƏ MARAQLI OLA BİLƏR