Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Lütviyyə Əsgərzadə. “Əhməd Triniç”

06-11-2020 [ 10:48 ] [ oxunub:145 ]
printerA+ | A-
100295

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Əhməd Triniç” kitabı çap olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli (protokol № 4) qərarı ilə nəşr edilib.

Kitabın redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov, rəyçisi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. 210 səhifəlik kitab “Əhməd Triniçin elmi təqdimatı” adlı ön sözlə açılır.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kitabın “XX əsrin əvvəllərində Azərbaycanda ictimai mühit, mətbuat və ədəbiyyat”, “Əhməd Bədi Rəcəb oğlu Triniç”, “Əhməd Bədi Triniç ədəbi-bədii mənbələrdə”, “Xatirələr, həqiqətlər, ehtimallar” fəsillərində sənətkar haqqında ətraflı məlumat verilmişdir. Kitab Əhməd Triniçin (1893-1937) tərcümeyi-halı, çoxcəhətli fəaliyyəti, ədəbi mövqeyi haqqında real məlumatları sənədli-tarixi materiallar əsasında çatdırmağa xidmət edir.