Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

Akademik İsa Həbibbəyli Oksford Akademik Birliyinin Fəxri diplomuna layiq görülmüşdür

27-11-2017 [ 16:01 ] [ oxunub:33 ]
printerA+ | A-
67552

Oksford Akademik Birliyi (Academic Union, Oxford, UK) Dekabrın 19-da  Böyük Britaniyada Oksford  şəhərində  dünyanın 55 ölkəsinin  aparıcı  universitet və təhsil  mərkəzlərinin rəhbərlərinin, elm və təhsil sahəsində çalışan  mütəxəssislərin  iştirakı ilə liderlərin beynəlxalq Sammiti keçiriləcəkdir.  Sammit iştirakşıları elm və təhsil sahəsində  inkişaf perspektivlərini müzakirə edəcək, innovativ  layihə  və tədqiqatlarla tanış olacaq, təcrübə mübadiləsi aparacaq,  yeni əməkdaşlıq əlaqələri  yaradacaqlar. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin  Elm və təhsil komitəsinin sədri  akademik İsa Həbibbəyliyə Oksford Akademik Birliyi Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional əlaqələndiricisi tərəfindən Sammitdə iştirak etmək üçün rəsmi dəvət məktubu  göndərilmişdir.  Dəvət məktubunda qeyd edilir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  onilliklər boyu qazandığı təcrübə, milli ənənələri dünyanın başqa ölkələrinin elm və təhsil mərkəzləri üçün  maraq doğurur və nümunə ola bilər.  Sammitin gedişində Oksford Akademik Birliyi üzvü olan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin  Elm və təhsil komitəsinin sədri  akademik İsa Həbibbəyliyə elmi fəaliyyətində yüksək professionallıq göstəriciləri və uğurlu innovativ layihələrinə görə Fəxri diplom təqdim ediləcəyi gözlənilir.                          

                                                                                                       

             

                 

SİZƏ MARAQLI OLA BİLƏR