Çoxəsrlik inkişaf yoluna malik olan Azərbaycan yazılı ədəbiyyatının qədim tarixi, görkəmli yaradıcı simaları və böyük ənənələri vardır.
Bununla belə, ədəbiyyatşünaslıq elmində Azərbaycan yazılı ədəbiyyatının konkret olaraq hansı vaxtdan başlaması haqqında yekdil fikir olmamışdır. Azərbaycan yazılı ədəbiyyatının tarixini müəyyən etmək məsələsində müxtəlif meyarlara istinad olunmuşdur. Həmin prinsiplər sırasında üç əsas prinsip: ortaq türk yazılı mətnlərinə istinad olunması, ana dilli milli ədəbiyyat faktoru və harada yaşamasından, hansı dildə yaranmasından asılı olmayaraq, milliyyət etibarilə azərbaycanlı olan qələm sahiblərinin əsərlərinin meydana çıxması əsas yer tutur.
Ardını oxumaq üçün: bura tıkla