Əsas iş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 117
Vəzifəsi: aparıcı elmi işçi
Anadan olduğu yer: Bakı şəhəri
Bitirdiyi ali təhsil müəssisəsi: Azərbaycan Dövlət Dillər İnstitutu (1997)
Xaricdə Təhsil: Berlin Fraye Universitetinin (FU Berlin) Peter Szondi adına Ümumi və Müqayisəli Ədəbiyyatşünaslıq İnstitutu (Peter Szondi-Institut für Allgemeine und Vergleichende Literaturwissenschaft) (2004-2005)
Elmi dərəcəsi: Filologiya üzrə fəlsəfə doktoru (2014)
Elmi rütbəsi: dosent (2019)
Filologiya üzrə fəlsəfə doktoru namizədlik (PhD) dissertasiyasının mövzusu: Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə. 5716.01; 5718.01 Azərbaycan ədəbiyyatı; Dünya Ədəbiyyatı (alman)
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 1 kitab və elmi məqalələr
Xaricdə çapdan çıxmış elmi əsərlərinin sayı: 10
Əsas elmi nailiyyətləri:
Elmi qrantlar:
Berlin Deputatlar Palatasının Təhsil Fondunun maliyyə dəstəyi ilə (Abgeordnetenhaus von Berlin) Berlin Fraye Universitetində (FU Berlin) elmi-tədqiqat işi (2004-2005)
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Fridrix Vilhelms Bonn Universitetinin dəvəti ilə elmi tədqiqat işi (2008-2009)
Qöte Cəmiyyətinin (Goethe Gesellschaft) dəvəti və maliyyə dəstəyi ilə Vaymar şəhərində elmi-tədqiqat işi (Weimar, 2011)
İştirak etdiyi təkmilləşdirmə kursları və seminarlar:
Qöte İnstitutunun dəvəti və maliyyə dəstəyi ilə (Goethe-İnstitut) pedaqoji təkmilləşdirmə kursu (Şlesviq-Holstein, 2010),
Vaymar-Yena Akademiyasının dəvəti və maliyyə dəstəyi ilə “Y.V.Goethe seminarları” (Weimar, 2011)
Vaymar-Yena Akademiyasının dəvəti və maliyyə dəstəyi ilə “Y.V.Goethe və F. Şiller seminarları” (Weimar, 2014)
Qöte İnstitutunun (Goethe-İnstitut) “Bədii tərcümə vorkşopu” (Bakı, 2015),
DAAD-nin “Praktikaya yönəlmiş şifahi və yazılı tərcümə seminarları” (Bakı, 2019),
DAAD-nin “Şərq və Qərb – mədəniyyətlərarası kommunikasiyanın tələbləri” online seminarları (Passau, 2021)
DAAD-nin “Akademik yazı və akademik işlər” (Dresden-Kutaisi-Bakı, 2021) online seminarları
İDT 2022- Alman dili müəllimlərinin XVII Beynəlxalq Qurultayı, Wien, Austria, 2022 (İDV - Beynəlxalq Alman Dili Müəllimləri Birliyi və ÖdaF - Avstriya Alman Dili Xarici Dil kimi Assosiasiyasının dəvəti və maliyyə dəstəyi ilə)
Elmi əsərlərinin adları:
Azərbaycan-alman ədəbi əlaqələri müasir filoloji kontekstdə.- Bakı: Mütərcim, 2015, 13,5 ç.v.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
Beynəlxalq Goethe Cəmiyyətinin (Goethe Gesellschaft) üzvü.
İJAR-Studies (impact factor) jurnalının redaksiya heyətinin üzvü
6-cı Asoscongres; 6-cı Uluslararası Filoloji Sempozyumda (Türkiyə) əsas məruzəçi/keynote speaker (2019)
Pedaqoji fəaliyyəti:
Azərbaycan Dövlət Dillər İnstitutunun Tərcümə fakültəsində saathesabı alman dili müəllimi (1997-1999),
Qərb Universitetində saathesabı alman dili müəllimi (2000-2001),
Azərbaycan Turizm İnstitutu ilə Avstriyanın Krems Universitetinin birgə layihəsi olan Krems qruplarında alman dili müəllimi (2009-2010),
Azərbaycan Universiteti ilə ABŞ Georgia Universitetinin birgə layihəsi olan BBA fakültəsində alman dili müəllimi (2010-2016)
Bakı Mühəndislik Universitetində alman dili müəllimi (2017-2021)
Digər fəaliyyəti:
- İnstitutun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri (2016-2022)