Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Direktor

Akademik İsa Əkbər oğlu Həbibbəyli

14-02-2017 [ 12:08 ] [ oxunub:29 ]
printerA+ | A-
105844105844

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

           

 

E L M M E T R İ K    G Ö S T Ə R İ C İ L Ə R

Elmi fəaliyyətinin statistik göstəriciləri: 115 kitabın, 1 425 məqalənin, o cümlədən 585 ölkəmizdə və 182 xaricdə çap olunmuş elmi məqalənin müəllifi, 295 – kitabın tərtibçisi, redaktoru, elmi məsləhətçisidir.  59 elmlər namizədi, 17 elmlər doktoru dissertasiyalarının elmi rəhbəri olmuşdur.  

Əsas elmi nailiyyətləri:  XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Şaxtaxtinski irsinin araşdırılması, romantik poeziyanın nəzəri problemlərinin, Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələlərinin tədqiqi və s.

Tərcümeyi-halı:  16 oktyabr 1949-cu ildə Naxçıvan MR Şərur ra­yo­­nu­nun Danzik kəndində anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Dövlət Peda­qo­­ji İnsti­­­tu­tunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Naxçıvan Filialını “Azər­bay­can dili və ədə­­­­biyyatı” ixti­sa­sı üzrə fərqlənmə diplomu ilə bitir­mişdir. 1971-1975-ci illərdə Naxçıvan MR Şərur rayonu­nun­ Danzik kənd məktəbində əmək fəaliyyətinə baş­la­mış­dır.

1975-1996-cı illərdə Nax­çıvan Dövlət Uni­ver­si­te­tində elmi-pedaqoji fəaliy­yət­­lə məş­ğul olmuş, Tələbə Elmi Cəmiyyətinin sədri (1968-1971, 1975-1990), 1991-1996-cı illərdə elmi işlər üzrə prorektor işləmiş, 1996-2013-cü illərdə həmin universitetin rek­toru olmuşdur.

2013-2019-cu illərdə AMEA-nın vitse-prezidenti, 2019-2021-ci illərdə birinci vitse-prezidenti, 2021-2022-ci illərdə vitse-prezidenti olmuşdur. 2022-ci ilin oktyabrın 25-də AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş, 26 oktyabr 2022-ci il tarixində ölkə başçısı tərəfindən bu vəzifəyə təsdiqlənmişdir. Həmçinin 2013-cü ildən AMEA-nın Nizami Gən­­cəvi adına Ədəbiyyat İnstitutunun baş direktorudur.

1980-ci ildə “XX­ əsrin əv­­vəl­ləri Azərbaycan ro­man­tik liri­ka­sı­nın sənət­kar­lıq xüsusiyyətləri” mövzusunda namizədlik, 1996-cı ildə “C.Məm­məd­qu­luza­də: mü­hiti və müa­sir­lə­ri” mövzusunda dok­­­tor­luq­ dis­serta­siya­sını müdafiə et­miş, 1997-ci ildə pro­fes­­sor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müx­­­bir üzvü, 2003-cü ildə isə hə­qi­qi üz­vü se­çil­mişdir.

Türkiyə, Rusiya, Çin, Fransa, Pol­şa, Ma­ca­rıs­­­tan, Bol­qa­rıstan, Ukray­na, İran, Mon­qo­lustan, Qa­za­xıs­tan, Özbə­kis­tan, Cə­­nubi Koreya, Litva, Gür­cüs­tan, Misir, Türkmənis­tan və Qırğızıstanda ki­­tabları ­və məqa­lə­ləri nəşr edilmiş, məruzələri dinlənilmiş­­dir. Elmi rəhbəri ­ol­duğu ­7 nəfər elmlər, 39 nəfər isə fəlsəfə doktorluğu disserta­si­ya­­sını müdafiə etmişdir.

Ədəbi cərəyanlar, ədəbi növlər və janrlar üzrə tədqiqatlar aparmış, ilk dəfə sa­ti­ra­nın ədəbi növ olduğunu müəyyən et­mişdir. Azər­bay­cançılıq, ədə­biyyatın dövr­­ləş­­dirməsi və mollanəsrəddinçilik konsepsiyalarını hazır­­la­­­­mış­dır.­ XIX-XXI əsr­lər Azərbaycan ədəbiyyatı ta­ri­xi­nə dair çoxsaylı təd­qi­qatları vardır. C.Məm­məd­qulu­zadənin irsini təd­qiq et­miş, 4 cildlik “Əsər­­­ləri”ni Bakıda (2004), 2 cildlik “Seçilmiş əsərləri”ni Naxçıvanda (2009), əsərlərindən seç­mələri Rusiya­ (1999), Pa­­kis­tan (2004), Misir ƏR­ (2008), Macarıstan (2011), Litva (2017), Bol­qa­rıstan, Özbə­­kis­tan­­ və Taci­kis­tan­da (2019) nəşr etdirmişdir. Mirzə Cəlilin nəslinin Fran­sa­­ və İran­dakı da­vamçılarını tapmış (1992-1998),­ Pol­şa­­da­kı varislərinin Bakı­­ya səfərini təş­kil etmişdir (16-21 noyabr 2019). M.T.­Sidqi, M.­Şahtaxtlı, M.S.Ordubadi, E.Sultanov və M.C.Cəfə­ro­vun­ naməlum əsər­lə­rini nəşr etdirmiş­dir.

1998-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı seçilmiş, Beynəlxalq münasibət­lər­ və in­san hüquqla­­rı komissiyasına rəhbərlik etmişdir. AR Mil­li Məc­lisi­nin III (2005), IV­ (2010), V (2015) və VI (2020) çağırış deputa­tı­dır. AR Milli Məclisinin Elm və təhsil komi­tə­si­nin sədri (2015-2020) kimi “Elm haqqında” (2016), “Məktəbəqədər təhsil haq­qın­da” (2017), “Peşə təh­si­­li haq­qında” (2018), “Ümu­mi təhsil haq­­qında” (2019) qa­nun­ları hazır­la­mış­­­­­­­dır. Milli Məclisin Toponimiya Komissiyasının sədridir (2015). AMEA-nın ­yeni Niza­m­­na­məsinin layihələrinin (2014, 2019, 2022), “Elm məbədi” filminin, “Aka­de­­mi­ya marşı”nın müəllifi, “Fizika və li­rika” layihəsinin, Təsviri və tət­bi­qi­ sə­nət sərgilərinin təşkilatçısıdır. YAP Siyasi Şu­ra­­sının üzvü olmuşdur (2013-2021).

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun (1999), Dünya Azər­bay­­­can­lılarının Əlaqələndirmə Şurasının üzvü (2001), Beynəlxalq İn­for­ma­­si­­­ya­­­­­laş­dır­ma Akade­mi­ya­sının (2006) və Beynəlxalq Çingiz Aytmatov Aka­de­­­miyasının hə­qiqi üzvü (2018), Sankt-Peterburq (2015) və Cənubi Ru­si­­ya uni­versitetlərinin (2017), Daşkənd Özbək Dili və Ədəbiyyatı Uni­ver­si­te­ti­nin­ (2021) fəx­ri doktorudur.

AR “Əməkdar elm xadimi” fəx­ri adı­na (1999), “Şöh­­rət” (2007), “Şərəf” (2009),­ 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2019) or­­den­lə­rinə, AYB-nin “Rə­sul­ Rza mü­ka­fatı”na, Beynəlxalq Türk Aka­de­mi­ya­sı­­nın qı­zıl, gümüş me­dal­la­rı­na­ və digər medallara, “Tələbələrin elmi təd­qi­­qat işlərinin ən yaxşı təş­kili­nə­ görə” döş nişanına layiq görülmüşdür. Oks­ford­ Universitetinin “Elmdə ad” və Beynəl­xalq Sokrat mü­kafatlarının laurea­tı­dır.

Əlaqə: xidməti tel.( 994 12) 5103425;  ( 994 12) 4929707; faks ( 994 12) 5102092 

Email: isa.habibbeyli@science.az;  direclit@science.az

Bax: Akademik İsa Həbibbəyli. Elektron məlumat bazası

Biblioqrafiya