Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru
“...XXI əsrin başlanğıcından sonra müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında irəliləyiş və inkişaf qaçilmaz bir prosesə çevrilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançiliq məfkurəsini dövlət ideologıyası səviyyəsinə çatdırılması yeni tarixi epoxada elmi fikirdə və bədii düşüncə istiqamətində də bu mövqeyinin möhkəmləndirilməsi ilə nəticələmişdir. Bu mənada müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı elmdə azərbaycanşünaslığın üzvü tərkib hissəsidir. Ədəbiyyatda vətən, millət, torpaq, tarixi yaddaş, soykökə qayıdış, milli-mənəvi özünüdərk, milli birlik və dirçəliş proseslərinin elmi tədqiqatlarda ön mövqeyə çəkilməsi yeni dövr Azərbaycan ədəbiyyatşünaslığının xrakterik xüsusiyyətidir. Dünya elminə inteqrasiya baxımından da müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında ideoloji prinsiplərin deyil, real qarşılıqlı əlaqələrin öyrənilməsinə diqqət yetirilir. Azərbaycan ədəbiyyatının dövlət müstəqilliyi şəraitində milli və bəşəri dəyərlərə doğru istiqamətləndirilməsi də müasir Azərbaycan ədəbiyyatşünaslığının əsas vəzifələrindəndir”.
Əlaqə: xidməti tel.(994 12) 5103425; (994 12) 4929707; faks (994 12) 5102092
Email: isa.habibbeyli@science.az; direclit@science.az
Elmi fəaliyyətinin əsas göstəriciləri: 115 kitabın, 1 425 məqalənin, o cümlədən 585 ölkəmizdə və 182 xaricdə çap olunmuş elmi məqalənin müəllifi, 295 – kitabın tərtibçisi, redaktoru, elmi məsləhətçisidir. 59 elmlər namizədi, 17 elmlər doktoru dissertasiyalarının elmi rəhbəri olmuşdur.
Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar, macar, litva və b. dillərində çap olunmuşdur. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxstan, Gürcüstan və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.
Namizədlik (PhD) dissertasiyasının mövzusu: XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası- 57.15.01 - Ədəbiyyat nəzəriyyəsi
Doktorluq dissertasiyasının mövzusu: Cəlil Məmmədquluzadə: mühiti və müasirləri- 5716.01 - Azərbaycan ədəbiyyatı tarixi;
Müxbir üzv seçilməsi: 2001 - ixtisasın adı: Azərbaycan ədəbiyyatı
Həqiqi üzv seçilməsi: 2003 - ixtisasın adı: Ədəbiyyatşünaslıq
Əsas elmi nailiyyətləri: XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Şaxtaxtinski irsinin araşdırılması, romantik poeziyanın nəzəri problemlərinin tədqiq edilməsi.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
- Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü (1999),
- “Ankara Universitetinin fəxri dostu” (1999),
- Türkiyədə çıxan "Qardaş ədəbiyyatlar" jurnalının redaksiys heyətinin üzvü seçilmişdir (1999),
- Nyu- York Elmlər Akademiyasının həqiqi üzvü (2001),
- Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə heyətinin üzvü seçilmişdir (2001),
- Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının Həqiqi üzvü (2006),
- Moskvada nəşr edilən “Beynəlxalq elmi jurnal”ın redaksiya heyətinin üzvü seçilmişdir (2008),
- Amerika Bioqrafiya İnstitutunun akademiki (2011).
Pedaqoji fəaliyyəti: Naxçıvan Dövlət Universitetində professor
Digər fəaliyyəti:
- AR Milli Məclisinin deputatı, YAP Siyasi Şurasının üzvü, YAP Elm və təhsil komitəsinin sədr müavini
Təltif və mükafatları:
- Təhsil Nazirliyinin Fəxri Fərmanı (1999)
- Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı (1999)
- «Ankara universitetinin fəxri dostu» (1999)
- Amerika Bioqrafiya İnstitutu tərəfindən «İlin adamı» (2001)
- Türkiyə Cümhuriyyəti Dil Qurumunun «Üstün hizmət Baratı» (2004)
- «Şöhrət» ordeni (2007)
- «Şərəf» ordeni (2009)
- Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının «İnformasiya aləminin elitası» diplomu və «Elmi istiqamətin rəhbəri» medalı (2009)
- Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun rəmzi mükafatı (2009)
- Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatı (2009)
- Naxçıvan MR Ali Məclisinin Fəxri Fərmanı (2009)
- Naxçıvan MR Ali Məclisi Sədrinin Fəxri Fərmanı (2009)
- Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı (2009)
- Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının (Mirzə Cəlilin)və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri” mükafatı (2009)
Bax: Akademik İsa Həbibbəyli. Elektron məlumat bazası