Əlaqə | 012 538-49-98 |
Şöbənin müdiri | Asif Heydər oğlu Rüstəmli - fil.e.d., professor |
Şöbənin yaranma tarixi | 1933-cü il, ilk adı “Çağdaş Azərbaycan ədəbiyyatı tarixi”, sonra “XX əsr Azərbaycan ədəbiyyatı”, 1945-ci ildən “Azərbaycan sovet ədəbiyyatı” olmuş, 2003-cü ildən isə “XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsi adlanır. |
Rəhbərlik etmiş alimləri | Əli Nazim, Mir Cəlal Paşayev, Məmməd Arif Dadaşzadə, Bəkir Nəbiyev, Qasım Qasımzadə, Arif Abdullazadə, Şirindil Alışanlı |
Şöbədə işləmiş tanınmış alimlər | Orucəli Həsənov, Yaqub İsmayılov, Yəhya Seyidov, Qasım Qasımzadə, Həbib Babayev, Məsud Əlioğlu, Atif Zeynallı, Fəridə Vəlixanova, Nazif Qəhrəmanlı, Sara Osmanlı, Safurə Quliyeva, Tehran Əlişanoğlu, Arif Məmmədov, Bədirxan Əhmədov və b |
Əsas fəaliyyət istiqamətləri | XX əsr(sovet dövrü) Azərbaycan ədəbiyyatının inkişaf meyilləri və xüsusiyyətləri, poetik təkamülü; XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı klassiklərinin həyat və yaradıcılıq yolu; XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının müxtəlif janrlar üzrə antologiyalarının hazırlanması |
Əsas elmi nəticələri | 1. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı sistemli şəkildə öyrənilmiş, üç cildlik Azərbaycan ədəbiyyatının III cildində (1960) bu dövrün ədəbiyyatı tədqiq edilmişdir. 2. Bu dövrün ədəbiyyatı ikicildlik (1967) “Azərbaycan sovet ədəbiyyatı tarixi”ndə tədqiq olunmuşdur. Akademik Məmməd Arifin baş redaktorluğu ilə çap olunmuş bu ikicildlikdə göstərilən dövrün ədəbiyyatı tarixi mərhələlər, janrlar üzrə təhlil olunur. 3. Yeddicildlik Azərbaycan ədəbiyyatının VI cildində 1920-1990-cı illər ədəbiyyatı yeni, müstəqillik dövrünün metodoloji prinsipləri mövqeyindən yazılmışdır. 4. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının görkəmli klassikləri – Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Müşfiq, Mir Cəlal, Süleyman Rəhimov, Ə.Əbülhəsən, Ənvər Məmmədxanlı, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Məmməd Arif, Məmməd Cəfər, İsa Hüseynov, B.Bayramov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin, İ.Məlikzadə və digərləri haqqında monoqrafiya və elmi-publisist kitablar yazılmışdır. 5. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının ədəbi-nəzəri problemlərinin tədqiqinə həsr edilmiş silsilə məcmuələr (“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”, I-IV kitablar) nəşr edilmişdir. 6. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının janrları üzrə antologiyaların nəşrinə başlanılmışdır. Poeziyaya həsr edilmiş ilk dörd cild çap olunmuşdur. |
Beynəlxalq elmi konfranslar | 1974-cü ildə “Sovet ədəbiyyatşünaslığının aktual problemləri”; 2010-cu ildə “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri” adlı Beynəlxalq elmi konfranslar keçirmişdir. |