Əsas fəaliyyət istiqamətləri: Şöbədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun www.literature.azsaytını aparmaqla yanaşı, Azərbaycan ədəbiyyatşünaslığına dair ənənəvi və rəqəmsal informativ və biblioqrafik resurslar istehsal edir. Rəqəmsal cəmiyyət və elmi mühitin qlobal tendensiyaları çərçivəsində populyarlaşma proseslərinin elmi araşdırılması proseslərinə rəhbərlik edir. Nüfuzlu elmi bazalarda - “Scopus”, “Web of Science” , “Google Scholar” və s. - İnstitut əməkdaşlarının elmi yaradıcılıq məhsullarının yerləşdirilməsi, dünya elmi mühitinə tanıdılması proseslərini həyata keçirir, sosial media hesablarında - Facebook, Twitter, Instagram, YouTube və s. - müxtəlif mövzularda informativ resurslar, layihələrlə Azərbaycan ədəbiyyatşünaslıq elminin nailiyyətlərini, tarixini, şəxsiyyətlərini ictimaiyyətə təqdim edir.
Şöbə həmçinin elmmetrik bazalarda axtarışların aparılması, akademik sosial şəbəkələrdə profillərin yaradılması və idarə edilməsi kimi elektron xidmətlər göstərir.
Əsas nəşrləri: Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin biblioqrafik salnamələri (2012-2025); "Yaşar Qarayev", "İslam Ağayev", "Nizaməddin Şəmsizadə", "Akademik Həmid Araslı", "Akademik İsa Həbibbəyli" və s. şəxsi biblioqrafik göstəricilər; "Ədəbiyyat Məcmuəsi"nin biblioqrfiyası, "Müstəqillik illərində ədəbiyyatşünaslıq sahəsində müdafiə olunmuş Dissertasiyalarin biblioqrafiyası (1991-2024-cü illər)" və s. elmi-sahəvi biblioqtrafik göstəricilər və s.
Elektron resurslar: "Ədəbiyyatşünaslığımızın “Qarabağnaməsi” EMB; “Ədəbiyyatşünas alimlərimiz” EMB; "Nizami Gəncəvi", "İmadəddin Nəsimi" EMB, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” EMB, “Ümummilli Lider Heydər Əliyev” EMB və s. Video-təqdimatlar (təkcə 2024-cü ildə hazırlanmış təqdimatlar (slayd-təqdimatlar və videoresurslar) – 3 894 slayd + 38 videoçarx).
Əlaqə: 012 510 18 02