Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Azərbaycançılıq məfkurəsi. Biblioqrafik göstərici

19-08-2025 [ 07:45 ] [ oxunub:9 ]
printerA+ | A-
105828

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici işıq üzü görüb.

“Konstitusiya və Suverenlik İli”nə həsr olun­muş kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, redaktoru isə AMEA Rəyasət Heyəti Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəridir.

Kitabda Azərbaycançılıqla bağlı müxtəlif illərdə işıq üzü görmüş nəşrlər – kitablar, dissertasiyalar, avtoreferatlar, məqalələr və s. sistemli şəkildə toplanılıb. Burada materiallar il­lər üz­rə, əlif­ba sı­ra­sı ilə ve­ril­ib. Nəşr XX əs­­rin əv­­vəl­­lə­­rin­­dən eti­­ba­­rən mil­­li ədə­­bi-ic­­ti­­mai fi­ki­r­də əsas yer tut­­muş, müs­­tə­­qil­­li­­k il­­lə­­rin­­də isə Azər­­­bay­­­can ta­­ri­­xin­­də ilk də­­fə ola­­raq döv­­lət ide­o­­lo­­gi­­ya­­sı sə­­viy­­yə­­si­­nə qal­­dı­­rıl­­mış­­ və dün­­ya azər­­bay­­can­­lı­­la­­rı­­nın mil­­li-mə­­nə­­vi bir­­li­­yi­­nin rəm­­zi­­ olan Azərbaycançılığa, eləcə də “Konstitusiya və Suverenlik İli”nə dəyərli töhfədir. Azərbaycan, rus və digər xarici dillərdə materiallar toplanmış bu göstərici­dən is­ti­fa­də­ni asan­laş­dır­maq məqsədilə kö­mək­çi apa­rat tər­tib olunub.

“Azərbaycançılıq məfkurəsi” biblioqrafik göstəricisi el­mi təd­qi­qat­çı­lar və ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­ub.

SİZƏ MARAQLI OLA BİLƏR