15 avqust tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ilik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı, akademik Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanın deyil bütün Türk dünyasının ən sevimli şairi olduğunu qeyd edib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Esmira Fuad (Şükürova) çıxışında Xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi, türkçülük ideyaları, onun Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə ətraflı bəhs edib. Bəxtiyar Vahabzadənin Türk dünyasının, Turanın ədəbi yaşar şairi olduğunu söyləyib.
Bəxtiyar Vahabzadənin bu gün aktual olduğunu və gələcəkdə də aktual olacağını deyib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli çıxışında Bəxtiyar Vahabzadənin XX-XXI əsr Azərbaycan poeziyasının nadir simalarından biri olduğunu söyləyib. Bəxtiyar Vahabzadə poeziyasının təməlində Azərbaycançılıq, Türkçülük və Turancılıq ideyasının və insanlıq konsepsiyasının danaydığı əlavə edib. Bəxtiyar Vahabzadənin ucalıq şairi olduğunu deyib.
Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan https://anl.az/el/emb/Bextiyar_Vahabzade/index.htm" target="_blank">“Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazasının və https://anl.az/el/vsb/Bextiyar_Vahabzade/index.ht" target="_blank">“Xalq şairi Bəxtiyar Vahabzadə -100” adlı virtual və ənənəvi sərginin təqdimatı olub.
Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və fəaliyyətinin əsas tarixləri”,“Görkəmli şəxslər şair haqqında”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”,“Ədəbiyyat və sənət haqqında fikirləri”, “Şeirlərinə yazılmış mahnılar”, “Filmoqrafiya”, “Nəşrlər”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir.
“Xalq şairi Bəxtiyar Vahabzadə - 100” adlı virtual və eyniadlıənənəvi kitab sərgisində rəsmi sənədlər, fotolar, şairin Milli Kitabxanaya təqdimetdiyi imzalı kitabları, görkəmli şəxslərin fikirləri, əsərləri, həyatı və ictimai fəaliyyəti haqqında məqalələr, Bəxtiyar Vahabzadənin poeziyasının dili, dramaturgiyası,dilçilik görüşləri, tərbiyə məsələləri və s. yaradıcılığı haqqında monoqrafiyalar,sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.