Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

01-07-2025 [ 12:38 ] [ oxunub:361 ]
printerA+ | A-
105629

30 iyun 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şərifovanın “LEYLA ƏLİYEVANIN POETİK DÜNYASI” adlı kitabının təqdimatı keçirildi. AYB- nin rəsmisi Əsəd Cahangirin moderatorluğu ilə keçən bu möhtəşəm tədbirdə elm və incəsənət xadimləri, şair və yazıçılar iştirak edirdi. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş nitqi söyləyib. Kitabın məziyyətlərini və müəllifin peşəkarlığını yüksək qiymətləndirən akademik İsa Həbibbəyli monoqrafiyanın ədəbiyyatşünaslıq elminə mühüm töhfə olduğunu vurğulayıb.

Tədbirdə akademik Nizami Cəfərov, AMEA Nəsimi adına dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, filologiya elmləri doktoru Vüqar Əhməd, filologiya elmləri doktoru Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Çobanov, yazıçı Hüseynbala Mirələmov, filologiya elmləri doktoru Gülər Abdullabəyova, filologiya elmləri doktoru Almaz Ülvi, şairə Kəmalə Abıyeva, yazıçı Nüşabə Məmmədli, Naxçıvan Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov, filologiya elmləri doktoru Yaqub Babayev, yazıçı-dramaturq, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şaxtaxtı, AYB-nin katibi (seksiyalar üzrə) Elçin Hüseynbəyli, AYB-nin katibi (regionlar və filiallar üzrə) İlqar Fəhmi, Azərbaycan Respublikasının Xalq artisti Məleykə Əsədova, Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan, şairə Xalidə Nuray, yazıçı Mənzər Niyarlı, şair Vəli Qaraçaylı, filologiya üzrə fəlsəfə doktoru Hüsniyyə Çobanova, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarova, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva, yazıçı Nazilə Gültac, şair Yusif Nəğməkar və digər tanınmış ziyalılar, qələm sahibləri çıxış edərək filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyasını əhəmiyyətindən danışıblar. “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiya yüksək dəyərləndirilərək, Azərbaycan ictimaiyyətinə, ədəbiyyatşünaslığına əvəzsiz töhfə olması vurğulandı.

Qeyd edək ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə çapa tövsiyə olunan monoqrafiya ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəridir. Monoqrafiya fərdi iş planı kimi 2022-2023-cü illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi S.Şərifova tərəfindən yerinə yetirilmişdir. “Sənətkarın elmi pasportu seriyası”nın 51-ci nəşri olan monoqrafiyanın rəyçiləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Çobanovdur.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR