Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli İstanbulda Sabahattin Zaim Universiteti ilə tanış olub

01-07-2025 [ 10:57 ] [ oxunub:11 ]
printerA+ | A-
105619

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində İstanbulda Sabahattin Zaim Universitetini ziyarət edib.

Universitetin rektoru professor Əhməd Cevat Acar rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, strukturu, elm və ali təhsil istiqamətindəki fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib, AMEA-nın elmi-tədqiqat qurumları ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Görkəmli türk şairi Mehmet Akif Ərsoyun vaxtilə bu təhsil ocağında çalışdığını xüsusi olaraq qeyd edib.

Akademik İsa Həbibbəyli də öz növbəsində AMEA-nın fəaliyyət istiqamətləri haqqında söz açıb, Türkiyənin elmi və ali təhsil qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb, Nizami adına Ədəbiyyat İnstitutunda yaradılmış Mehmet Akif Ərsoy Mərkəzinin tədqiqatları haqqında məlumat verib.

Akademik İsa Həbibbəyli Sabahattin Zaim Universiteti ilə Nizami adına Ədəbiyyat İnstitutunun Mehmet Akif Ərsoy Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətini bildirib.

Qarşılıqlı fikir mübadiləsindən sonra vaxtilə Sabahattin Zaim Universitetində oxumuş, sonradan isə burada müəllim kimi də çalışmış Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının İstiqlal Marşının müəllifi Mehmet Akif Ərsoyla bağlı sənədlərlə tanışlıq olub, tarixi şəkillərə baxılıb.

Görüşdə Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər də iştirak edib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR