Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirlərində iştirak edib

06-06-2025 [ 09:07 ] [ oxunub:10 ]
printerA+ | A-
105567

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin tədbirlərində iştirak edib. 

Tədbir çərçivəsində “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” və “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzularında dəyirmi masalar təşkil olunub. “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzusında dəyirmi masa AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilib.

Tədbirlər zamanı akademik İsa Həbibbəyli mədəniyyət naziri Adil Kərimli və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə hazırlanmış miniatür xalça hədiyyə edib.

Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

 

SİZƏ MARAQLI OLA BİLƏR