Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik Bəkir Nəbiyevin xatirəsi yad edilib

30-05-2025 [ 11:07 ] [ oxunub:257 ]
printerA+ | A-
105535

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Heydər Əliyev mədəniyyət və incəsənət məktəbi”ndə tədris ocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə çağdaş dövrün aparıcı ədəbiyyatşünaslarından akademik Bəkir Nəbiyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.

ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova alimin həyat yolundan, milli ədəbiyyatşünaslığa verdiyi töhfələrdən və elmi yaradıcılığından danışmış, universitetin Ədəbiyyat və dillər kafedrasının dosenti, kulturologiya üzrə fəlsəfə doktoru Fatimat Məmmədova “İstiqlal poeziyasının və mühacirət ədəbiyyatının araşdırılmasında Bəkir Nəbiyevin xidmətləri” mövzusunda çıxışında akademikin bu sahədəki araşdırmalarının əhəmiyyətini önə çəkmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Salidə Şərifova öz çıxışında akademikin ədəbiyyat tarixçiliyinə verdiyi töhfələrdən, həmin institutun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əhatə edən tədqiqatlarından bəhs etdilər, alim haqqında xatirələrini bölüşdülər. Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova akademik Bəkir Nəbiyevin ədəbi tənqid sahəsindəki fəaliyyətini təhlil edərək onun ədəbi fikir tariximizdəki mühüm mövqeyini vurğuladı. ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi Əli Əmirli alimin elmi irsinin müasir ədəbiyyatşünaslıq üçün əhəmiyyətindən danışdı.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində keçirilən tədbir çərçivəsində akademik Bəkir Nəbiyevin şəxsi kitabxanasından ADMİU-ya hədiyyə edilmiş mədəniyyət və incəsənət sahələrinə dair yüzdən çox kitabın təqdimatı da baş tutdu. Alimin ailə üzvləri institutun kitabxanasına hədiyyə edilən kitabların tələbələrin istifadəsi baxımdan əhəmiyyətli olacağına ümid etdiklərini vurğulamış, tədbirin yüksək səviyyədə təşkil olunması ilə bağlı ADMİU rəhbərliyinə təşəkkürlərini bildirmişlər. 

©  www.science.gov.az 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR