Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Seyid Əzim Şirvaniyə həsr olunmuş panel müzakirə keçirildi

27-05-2025 [ 10:32 ] [ oxunub:34 ]
printerA+ | A-
105523

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində, Azərbaycanın tanınmış şairlərindən biri olan Seyid Əzim Şirvaniyə həsr olunmuş “Seyid Əzim Şirvani – 190” mövzusunda panel müzakirə keçirilib.

Panel-müzakirə  Seyid Əzim Şirvaninin ədəbiyyata verdiyi töhfələrin və onun zəngin irsinin əhəmiyyətinin təhlilinə həsr olunub.

Panel AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Filologiya elmləri doktoru, dosent Mətanət Vahidin moderatorluğu ilə baş tutub.

"Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, MİMTA Yayınlarının rəsmi nümayəndəsi Əsəd Aslanoğlu və Turan İbrahimov çıxış ediblər.

Tədbirdə Seyid Əzim Şirvaninin ədəbi irsi, onun dövrünün və müasir dövrün ədəbiyyatına təsiri geniş müzakirə olunub. Şirvaninin şeirlərindəki dərin mənalar, milli ruh iştirakçılara yenidən təqdim edilib.

Müzakirələr zamanı həmçinin Şirvaninin əsərlərinin gələcəkdəki tədqiqatlar və nəşrlər üçün əhəmiyyəti qeyd edilib.

Panelin sonunda Seyid Əzim Şirvaninin həyatına və yaradıcılığına dair gələcəkdə daha ətraflı tədqiqatların aparılması, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqeyin təbliğ edilməsi mövzusunda təkliflər irəli sürülüb.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR