Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Fikrət Qocaya həsr olunmuş tədbir keçirilib

27-05-2025 [ 10:28 ] [ oxunub:39 ]
printerA+ | A-
105521

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü günündə  Azərbaycanın tanınmış şair Fikrət Qocaya həsr olunmuş “Fikrət Qoca – 90” mövzusunda tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən AMEA-NIN prezidenti akademik İsa Həbibbəyli, filologiya elmləri doktorları Vaqif Yusifli, Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva Fikrət Qocanın Azərbaycan poeziyasına verdiyi töhfələrdən, onun 60-cı illərdə ədəbiyyata gətirdiyi yeniliklərdən bəhs ediblər. 
Bildirilib ki, F.Qoca Azərbaycanda şeirlərinə ən çox mahnı bəstələnən şairlərdəndir. Onun şeirlərinə yazılmış mahnılar uşaqdan-böyüyə hər kəsin dilindədir. F.Qoca poeziyası həm də dünyəvidir, o, zaman-zaman dünyada baş verən prosesləri ən yüksək və təsirli şəkildə oxuculara ötürməyi bacarırdı. 

Panel Filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayevanın moderatorluğu ilə baş tutub.

Tədbirdə Fikrət Qocanın ən sevilən şeirləri səsləndirilib. 

Qeyd edilib ki, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR