Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan alimləri Türk Ədəbiyyatı Vəqfinin medalına layiq görülüb

16-05-2025 [ 12:42 ] [ oxunub:11 ]
printerA+ | A-
105463

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi fəlsəfə elmləri doktoru Rahid Ulusel, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Doğumunun 100-cü ildönümündə Şeyxülmuharririn Ahmet Kabaklı” medalına layiq görülüblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, həmçinin Vüqar Əhməd Türk dünyası və türk mədəniyyətinə göstərdiyi xidmətlərə görə bu qurumun fəxri üzvü seçilib. Medalın və üzvlük vəsiqəsinin təqdimetmə mərasimi Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR