Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli “Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr” şöbəsinin fəaliyyətini dəyərləndirib

15-05-2025 [ 09:53 ] [ oxunub:174 ]
printerA+ | A-
105456

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli,
“Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr” şöbəsində olub. Şöbənin planları, perspektiv fəaliyyəti haqqında geniş müzakirələr aparılıb.
Şöbə müdiri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, şöbənin baş elmi işçisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, aparıcı elmi işçilər filologiya üzrə fəlsəfə doktorları Məmmədova Tinatin, İsayeva Nigar, Qasımova Aygün, Məmmədova Svetlana və elmi işçi Nərmin Həsənova gördükləri işlərin yekunlarını, gələcək tədqiqat planlarını akademik İsa Həbibbəyliyə çatdırıblar.
Akademik İsa Həbibbəyli şöbənin ümumi fəaliyyətindən razı qaldığını bildirərək bu dəyərli şöbənin elmi-tarixi ənənəsini qorumağı tapşırıb. Qərbi Azərbaycan folkloru, İraq-türkman ağız ədəbiyyatı və aşıq dastanları sahəsində görülən işləri qiymətləndirib və öz elmi tövsiyələrini verib. Sonda xatirə şəkilləri çəkilib.

SİZƏ MARAQLI OLA BİLƏR