Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli Manas televiziyasında çıxış edib

18-04-2025 [ 12:36 ] [ oxunub:27 ]
printerA+ | A-
105369

Qırğızıstana səfəri çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Manas Universitetində “Mediamanas” mərkəzində olub. Akademik İsa Həbibbəyli Manas televiziyası və radiosunda yayımlanan verilişdə geniş müsahibə verib. Müsahibədə akademik İsa Həbibbəyli AMEA ilə Manas Universitetinin əməkdaşlıq protokolu imzaladığını və bu protokolun iki qurum arasında gələcək birgə fəaliyyət üçün böyük imkanlar açdığını vurğulayıb.

Eyni zamanda, müsahibədə Qırğızıstan MEA ilə Anlaşma memorandumu imzalandığını və “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bu əməkdaşlığa real olaraq başlandığını söyləyib.

Akademik İsa Həbibbəyli Çingiz Aytmatovun iki ölkə arasında mükəmməl körpü olduğunu və böyük yazıçı haqqında “Çingiz Aytmatov haqqında söz” adlı kitab yazdığını bildirib. Müsahibədə Çingiz Aytmatovun irsindən geniş bəhs olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR