Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Azərbaycan – Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli bu günlərdə
Özbəkistanın Daşkənd şəhərində keçirilən elmi konfransda iştirak edib.
Konfransda 100-dən çox məruzə edilib. Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində keçirilən “Ədəbi təlim metodologiyası: xalqların təcrübəsi və elmi əməkdaşlıq” adlı konfransda professor Bədirxan Əhmədli “Siracəddin Seyyidin poetik dünyası” adlı məruzə ilə çıxış edib.
Bədirxan Əhmədli eyni zamanda Universitetin professoru Həmidulla Baltabayevin yubileyində iştirak və çıxış edib. Professor Həmidulla Baltabayevin 70 illiyinə həsr edilmiş “Özbək ədəbiyyatşünaslığının patriarxı” məqaləsi professora həsr olunmuş “Həmidulla Baltabayev” kitabında nəşr olunub. Professor Bədirxan Əhmədli yubilyarı kiçik xalça hədiyyəsi ilə təbrik etmiş və gələcəkdə də Özbəkistan Milli Universiteti ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun hesab edib. Professor Bədirxan Əhmədliyə Özbəkistan Yazıçılar Birliyinin hədiyyəsi təqdim olunub.