Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Mehman Həsənli. “XX əsrin əvvəllərində özbək ədəbiyyatında cədidizm

15-09-2023 [ 11:21 ] [ oxunub:24 ]
printerA+ | A-
103659

ÖZBƏK ƏDƏBİYYATINA HƏSR OLUNMUŞ MONOQRAFİYA NƏŞR OLUNUB

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.f.d., dos. Mehman Həsənlinin “XX əsrin əvvəllərində özbək ədəbiyyatında cədidizm (Əbdürrauf Fitrətin yaradıcılığı əsasında)” monoqrafiyası “GlobeEdit” nəşriyyatı tərəfindən çap olunub.

Monoqrafiya XX əsrin əvvəllərində özbək maarifçi fikrinin formalaşmasında mühüm rol oynamış, cədidçilik hərəkatının əsas nümayəndələrindən biri olan Əbdürrauf Fitrət və onun müasirlərinə həsr edilib. Nəsr, dramaturgiya, poeziya və publisistikada dəyərli əsərlər yazaraq təkcə özbək ədəbi fikrində deyil, ümumilikdə türk dünyasının maarifçi düşüncəsinin inkişafında müstəsna xidmətlər göstərmiş Əbdürrauf Fitrətin çoxcəhətli yaradıcılığı tədqiqat işində araşdırılıb. Monoqrafiyada Əbdürrauf Fitrətin yaradıcılığı kontekstində özbək dramaturgiyasının və romançılığının yaranması, poeziyada və publisistikada cədid ideyalarının təbliği məsələləri tədqiq edilib.

Xatırladaq ki, kitab fil.f.d., dos. Mehman Həsənlinin 2013-cü ildə müdafiə etdiyi magistr dissertasiyanın əsasında nəşrə hazırlanıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətovadır.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR