Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELMİ TOPLULAR

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalı. “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışı (2021, №2)

03-03-2022 [ 14:12 ] [ oxunub:459 ]
printerA+ | A-
102074

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2021-ci ilə aid ikinci sayı nəşr olunub.

Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşr olan jurnalın bu sayı “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışdır.

Xüsusi buraxılış AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru, akademik İsa Həbibbəylinin rus dilində “Nizamişünaslıqda dönüş mərhələsi” məqaləsi ilə açılır.

Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

“Elm və təhsil nəşriyyat və poliqrafiya” MMC-də çap olunan jurnalın bu nömrəsində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi sessiyanın materialları toplanıb.

“Nizami Gəncəvi İli - 2021” başlığında “Nizami Gəncəvinin şəxsiyyəti və sənəti”, “Nizami Gəncəvinin sələfləri və xələfləri”, “Nizami Gəncəvi ədəbiyyatşünaslıqda və sənətdə” bölümlərinə aid məqalələr yer alıb. “Xronika-2021” rubrikasında il ərzində Ədəbiyyat İnstitutunda Nizami Gəncəviyə həsr olunmuş tədbirlərin xronikası verilib. Həmçinin “Nizami Gəncəvi İli”nə aid nəşrlərin və mükafatların da siyahısı təqdim olunub.